Əlaqə Arxiv
news Image
2021.07.05
18:20
| A A A
Ürəyi Vətənlə döyünən igid

O, hər zaman onu böyüdüb boya-başa çatdıran Vətən uğrunda canını verməyə hazır olub. Bunu əməlləri də sübut edib. Təsadüfi deyil ki, ötən əsrin sonunda Ermənistan Azərbaycan ərazilərinə işğal etməyə başlayanda yağı düşmənə qarşı silaha sarılan ilk şəxslərdən biri də Arif oldu.

Kərimov Arif Allahyar oğlu Şuşa rayonunun Malıbəyli kəndindəndir. Bu kənd Xankəndinin yaxınlığındadır. Arif nə vaxtsa doğma kəndinin, Qarabağın, onun tacı Şuşanın erməni işğalına məruz qalacağını heç xəyal belə edə bilməzdi. Amma ötən əsrin sonunda təsəvvürünə belə gətirə bilmədiyi bu faciəni yaşadı.

Ermənilərin silahlı işğala başladığı dövrdə Arif onlara qarşı döyüşən könüllülər sırasında yer alırdı. Dəfələrlə düşmənlə şiddətli döyüşlərə də girdi. Hətta Şuşada gedən döyüşlər zamanı ağır yaralandı. Bunun nəticəsində 1-ci qrup əlil oldu. Amma yenə silahı yerə qoymadı. Ağdamda gedən döyüşlərdə səhhəti tam imkan verməsə də ermənilərə qarşı döyüşlərdə ən fəal şəkildə iştirak edənlərdən biri də məhz o idi. Dəfələrlə komandir heyəti döyüşdə iştirak etməsinə qarşı çıxsa da, Arif bununla razılaşmamışdı. Doğma torpaqlarının düşmən tapdağı altında qalmasına dözə bilmirdi. Elə bu səbəbdən düşmənə qarşı döyüşlərdə ən aktiv şəkildə iştirak edənlərdən biri də o idi.

1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra döyüşdə aldığı yaraların müalicəsi üçün Arif dövlət tərəfindən İran və Türkiyəyə göndərilir. Uzun müddət müalicə alır. Amma səhhəti ilə bağlı problem tam həllini tapmır və hətatını 10ci qrup Qarabağ əlili kimi davam etdirir.

2020-ci ilin sentyrabrında başlanan İkinci Qarabağ müharibəsi Arifi yenidən cəbhə zonasına aparır. Səhhətinə görə müharibədə iştirakının mümkünsüz olduğu bildirilsə də, bununla razılaşmır. Suqovuşan, Füzuli, Xocavənd, istiqamətində düşmənə qarşı əməliyyatlara öz töhfəsini verib, bacardığı qədər orduya köməkliyini göstərib. Səhhətində yaranan problemlər səbəbində Daxili İşlər Nazirliyinin hospitalında müalicə alıb. İndi də ürəyində gəzdirdiyi Vətən sevgisindən güc alır, bu gücdən ruhlanır.

Sizin Reklam Yeriniz