Nüsrət Qasımov: "8-ci" kilometr qəsəbəsində apardığımız monitorinqlər nəticəsində malların saxta pasportla satıldığını müəyyən etmişdik"
Dəm qazından zəhərlənmənin səbəblərindən biri də qaz sobalarının heç də hamısının tələb olunan keyfiyyətə uyğun gəlməməsidir. Görünür, elə bu səbəbdəndir ki, bəzən satıcılar qaz sobaların ıstarakən onların sertifaktını və texniki pasportunu alıclaar təqdim etmirlər. Bu fonda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Movqe.az-a verdiyi məlumata görə dəm qazının fəsadı nəticəsində aparılan monitorinqlər gücləndirilib:
"Biz bu monitorinqləri mövsümlə əlaqədar daha da gücləndirmişik. Payız-qış aylarında qaz sobalarna tələbat daha çox olduğuna görə komitə yanında dövlət nəzarət xidməti bu sahəyə nəzarət tədbirlərini daha da intensivləşdirib.İnsanların həyat və sağlamlığının qorunması, məhsul və malların keyfiyyətli istehsalı, idxalı və satışı gücləndirilib. Bu sahəyə nəzarət aktualdır.Və sevindirici hal ondan ibarətdir ki, ötən illərdə dəm qazından zəhərlənmə kimi bədbəxt hadisələrin tədqiqatı zamanı onların səbəblərini daha çox qaz sobası ilə əlaqələndirirdilərsə, indi vəziyyət tam başqadır. Mən bir nümunə gətirmək istəyirəm. Qəza olduğu zaman bu o demək deyil ki, avtomobil keyfiyyətsizdir. Təbii ki, yollarda baş verən avtomobil qəzalarının səbələri təkcə avtomobillərdə deyil, həm də məsuliyyəti anlamayan sürücülərdədir. Bu paraleli ona görə apardım ki, bu cür bədbəxt hadisələr zamanı təkcə problem sobalarda deyil, istehlakçılarda da böyük günahlar var. Soba keyfiyyətli olur, sobanın müvafiq sənədləri yerində olur, təhlükəsizlik normalarına cavab verir. Lakin quraşdırılarkən istehlakçı tərəfindən sobaya kənar müdaxilələr olur və qaz təzyiqini artırmaq, qazın nəqlini yüksəltmək məqsədilə klapanları ( qapaq) genişləndirirvə bir neçə bu kimi müdaxilədən sonra istənilən istilik alınsa da, ancaq sobada fəsadlar, problemlər ortaya çıxmağa başlayır. Amma əvvəllər belə bir sterotip var idi ki, İrandan gətirilən sobalar təhlükəlidir. Əminliklə deyə bilərik ki, belə bir şey Azərbaycanda artıq yoxdur. Sertifikatlaşdırma zamanı komitə tərəfindən akkreditasiya olunmuş qurumlar iştirak edir. İlk növbədə malın normativ sənədin tələbinə uyğun tələblər icra olunur, keyfiyyəti, təhlükəsizliyi, idxal olunarkən və ya burda istehsal olunarkən həmin sobaların klapanlarının təmini müvafiq sənədlərinin qaydadad olması vacibdir. İstehlakçılarda malı alarkən diqqət etməlidirlər ki, sobaların quraşdırılması zamanı qaz təəssərüfatı ilə məşğul olan qurumların mütəxəssisləri bu prosesi reallaşdırsın. Belə olduğu zaman həm onların özünün, həm əmlakının, həm də ki ətraf mühit üçün xoşagəlməz və bədbəxt hallar yaşanmaz".
Alıcılar bəzən saxta pasport ilə aldandıqlarını deyillər. Buna münasibət bildirən Fazil Talıblı qeyd edib: "Alıcılar şikayətlənir deyirlər, amma kimə şikayətlənir demirsiniz. Biz çox istəyərdik ki, alıcılar elə proseslər zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etsinlər. Həmçinin komitənin 963 nömrəli qaynar xəttinə zəng vursunlar, saytımıza yazsınlar. Əsaslı və əsassız şikayətləri dağa-daşa etmək istehsalçılara məsləhət olunmur. Bizə müraciət etsinlər və biz də operativ şəkildə onların problemlərini həll edək".
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov sertifikatsız və pasportsuz satılan sobalar barədə bunları bildirib: "Bunun günahının böyük bir hissəsi məndədir, mən Eyyub Hüseynovda...Mən yaxşı iş aparsam, dövlətin mükəmməl istehlakçı siyasəti olar. O zaman da qaz partlayışları da minimum 80% azalar. Bazar qorunar. Normal sobalar gələr. Qazın keyfiyyəti yaxşı olar. Camaatın maarifçiliyi yüksək olar. Nə qədər ki, istehlakçıların maaarifləndirilməsi önə çəkilmir, nə qədər ki, malların Azərbaycan dilində olan pasport və istifadə qaydaları yoxdur, nə qədər ki, xidmətin keyfiyyəti yüksək deyil, biz istehlakçıların həyatı risk altında olacaqdır".
Eyyub Hüseynov daha sonar bildirib: "Həyatda və ya iqtisadiyyatda problem olduqda onun kökünü qanunlarda axtarırlar. Çünki ölkəni insanlar yox, qanunlar idarə edir. Azad İstehsalçılar Birliyi pis işləyir. Yüzlərlə Azad Istehsalçılar Birliyi kimi qurumlar olmalıdır. Ciddi şəkildə istehlakçı maarifçiliyi getməliidr. Ali və orta məktəblərdə bu sahədə təhsil getməlidir. Bütün bunlar kompleks bir işdir".
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət Qasımov sobaların əslində çox keyfiyyətli olduğunu vurğulayıb: "Sobalar hamısı keyfiyyətlidir. Sadəcə hərə öz ölkəsinin standartlarına uyğun sobalar istehsal edir. Bizim şəbəkədəki qazın təzyiqi ilə digər ölkələri müqayisə etdikdə fərqliliklər əmələ gəlir. Bəzi alıcılar naşı ustalara müraciət edirlər bu da öz növbəsində çox böyük problemlər yaradır. Onlarda qaz sobalarının iş prinsipini pozurlar. Əks halda dəm qazı hasil olunur. Bildiyiniz kimi o da zəhərlidir və 7dəqiqədən yarım saata qədər insan müqədəratını həll edir".
Ekspert aparılan monitorinqlərin nəticələrindən də danışıb: "8-ci" kilometr qəsəbəsində apardığımız monitorinqlər nəticəsində malların saxta pasportla satıldığını müəyyən etmişdik. Uğurlu sertifikat almaq üçün mütləq orda "Azəriqaz"ın nümayəndəsi iştirak etməlidir. Belə problemlərin qarşısının alınması üçün əhali maariflənməlidir. Əhali nə alarsa, onun pasportu olmalıdır. "Azəriqaz"ın mütəxəssisləri ilə məshətləşmə mütləq olmalıdır. Ölkəyə gətirilən bütün cihazlar bizim qaz sisteminə uyğun olmalıdır. Əks halda onların idxalı qadağan olunmalıdır".