"Ağ evin Xocalı bəyanatı elə Obamanın bəyanatı deməkdir" (VİDEO)
Səfir Riçard Morninqstarın sözlərinə görə, bəyanat özü özlüyündə hər şeyi bildirir
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Ağ evin rəsmi saytında yerləşdirilmiş Xocalı petisiyası haqqında danışıb. O, Ağ evin bəyanatını ABŞ prezidenti Barak Obamanın mövqeyi kimi qiymətləndirməyə çağırıb. R.Morninqstar qeyd edib ki, Ağ evin bəyanatı elə prezidentin bəyanatı deməkdir:
"Bəyanat özü özlüyündə hər şeyi bildirir. Başqa sözlə desək, günahsız, mülki vətəndaşların öldürülməsi qəbuledilməzdir və faciəvi haldır. Bu, Dağlıq Qarabağ məsələsinin nizamlanması üçün bütün lazım olan səylərin göstərilməsinin vacibliyini bir daha ortaya qoyur. Çünki Dağlıq Qarabağ məsələsi azərbaycanlılara çoxsaylı ağrı-acı yaşadıb".