Əlaqə Arxiv
news Image
2013.03.07
17:33
| A A A
Mehriban Xanlarova çəkildiyi serialdan pulunu ala bilmir - Ekskuliziv
“Rejissor Mahir Canas heç bir müqavilə təqdim etmədən məni “Satko” serialına çəkdi və indiyə kimi də pulumu vermir”

Ölkə kanallarının birində yayımlanmış "Satko" serialının rejissoru Mahir Canas aktisa Mehriban Xanlarovanı seriala çəkib, onun məvacibini verməyib. Bu haqqda Mövqe.az-a danışan aktrisa pulunu tezliklə ala bilməsə, məhkəməyə müraciət edəcəyini bildirdi: "Rejissor Mahir Canas heç bir müqavilə təqdim etmədən məni "Satko" serialına çəkdi və indiyə kimi də pulumu vermir. Serialların əksəriyyətində aktyorların pulu verilmir. Rejissorlar aktyor və aktrisaların hesabına maşınlar, evlər, torpaq alırlar. Cənab prezidentimiz bu pulu ayırdı ki, biz aktyorların qazanc yeri olsun, həm də ki, öz milli, keyfiyyətli teleseriallarımız tamaşaçılarımızın ixtiyarına verilsin. Bu seriallar rejissorların pul yeməsi, özlərinə şərait qurması üçün çəkilmir. Rejissorlar küçədəki insanları belə seriala çəkirlər ki, təki pul verməsinlər. Danışanda da rejissorlar başqa aktyorlara müraciət edirlər. Mən aktrisayam. Gəlirim də burdandır. 1000 manat pul mənim üçün puldur. Niyə görə M.Canas mənim pulumu verməməlidir? Aktyor, aktrisa olmasa, serialın çəkilməsi təbii ki, mümkün deyil. Çəkilən aktyorların əksəriyyəti bu hallardan çikayətçidir. Bu ssenarilər elə bir adamlara verilməlidir ki, həqiqətən də peşəkar olsun, pul kəsən, aktyorları incidən, hambal kimi pulsuz işlədən adam olmasın. Telekanallarla bağlanan müqavilədə bəlkə də çox məbləğ göstərilir, bizə isə qəpik quruş alırıq. Aktyorlar üçün ayrılan pullar onların əlinə gəlib çatmadığı üçün bəzi aktyorlar toylarda tamadalıq edirlər. Aktyor nəyə görə axı tamadalıq etməlidir? Mənim 1000 manat pulum tez bir zamanda mənə çatmasa mən məhkəməyə müraciət edəcəm"

Gün ərzində qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da cəhdlərimiz alınmadı.

Sizin Reklam Yeriniz