Əlaqə Arxiv
news Image
2013.03.08
07:36
| A A A
Xaricə sığınan müxalifət
Elçin Mirzəbəyli: “Bizim ölkədə siyasi cəhətdən təqib olunan bir kimsə yoxdur” Məmməd Əlizadə: “Həmin müxalif qüvvələri qəbul edən dövlətlərin bu işdə maraqları var”

Məlumdur ki, hazırda müxtəlif xarici ölkələrdə az da olsa, siyasi mühacirət statusu almış azərbaycanlılar var. Amma onların da əksəriyyəti daxildə baş verən hadisələrdən sui - istifadə edərək, hətta bəzən həmin ölkələrlə gizlin danışıqlar əsasında bu statusa sahiblənə biliblər. Təbii ki, bu da əsasən özünü müxalif bilənlərin timsalında baş verir.

Bu dəfə də Elşad Abdullayevdən sonra hüquq müdafiəçisi Ələkbər Məmmədov BMT-yə müraciət edərək siyasi mühacirət alıb və Azərbaycanı tərk edib. Amma onların sığınacaq qazanmaq üçün gətirdiyi səbəbləri kafi hesab edilmir. Onlarla sığınacaq verən ölkələrin əlbirliyi olduğu güman edilir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirir ki, siyasi sığınacaq məsələsi və bu məqsədlə radikal müxalifət partiyalarına üzv olunma prinsipcə, uzun müddətdir biznes xarakteri daşıyır: "Əksər şəxslər məhz xarici ölkədə yaşamaq üçün, bu vasitələrdən istifadə edirlər. Hesab edirəm ki, bəzi partiyalarda bu günə qədər siyasi sığınacaq alanlara verilən arayışlarla, yalan məlumatlarla bağlı ciddi araşdırmalar aparılmalıdır. Bu problemin müvafiq dövlət qurumları tərəfindən araşdırılmasına ehtiyac var. Çünki, Azərbaycandakı siyasi şərait və mövcud olan çoxpartiyalı sistem, siyasi partiyaların fəaliyyətini qanunauyğun tənzimləyir. Bizim ölkədə siyasi cəhətdən təqib olunan bir kimsə, yoxdur. Hərə öz fikrini açıq şəkildə ifadə edə, şəxsi mövqeyini ortaya qoya bilir. Ölkədə çoxsaylı müxalifət partiyaları fəaliyyət göstərir. Hətta onların bir hissəsi parlamentdə təmsil olunur. Digəri ilə də parlamentdən kənar fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan da siyasi sığınacaq almaq üçün, heç bir motiv yoxdur. Belə olduğu təqdirdə bir məqam ortalığa çıxır. Siyasi sığınacaq almaq üçün, saxta arayışlar təqdim edən həmin o radikal müxalifət partiyalarla Azərbaycana qarşı olan ayrı - ayrı xarici dövlətlərlə aralarında anlaşma var. Bir qismi özünün biznes maraqlarını təmin edir, xarici qüvvələr isə bu vasitələrdən ölkəmizə təzyiq etmək məqsədi ilə yararlanırlar".

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) keçmiş sədri Məmməd Əlizadə bildirir ki, bütün dövrlərdə çox ölkələrdə bu porses getməkdədir: "Hə zaman da narazı qruplar var. Təbii ki, cəmiyyətdə hər kəsin arzularını lazımi qaydada həyata keçirmək mümkün deyil. Bunu adi proses kimi qiymətləndirmək lazımdır. Amma belə olmamalıdır. Cəmiyyətdə neqativ hallar varsa, vətəndaşların hüquq və azadlıqları pozulursa, bunu hakiyyət təmin etməyə çalışır. Kiminsə ölkədən çıxması Azərbaycanın hansısa məqamda imicinə təsir edən amildir. Amma dövlətin, millətin bir tərtibi olur. Bəzən görürük ki, bu qısa müstəqillik dövründə vətəni sevməyən insanlar da yetişdirmişik. Məsələn, Rusiyada bir rus vətəndaşının vətənini təhqir etmək olmaz. Hətta dillərində analarını təhqir etmək olar, amma vətəni yox. Bu, Türkiyədə də belədir. Azərbaycanda isə tərsinədir".

Sabiq sədrin sözlərinə görə, müxalifət odur ki, vətənini, dövlətini, milli maraqlarını sevir: "Şəxsi maraqlar bir tərəfə qoyulmalıdı, vətən, dövlətçilik önə çəkilməlidir. Təbii ki, həmin müxalif qüvvələri qəbul edən dövlətlərin bu işdə maraqları var. Çünki, Azərbaycanda demokratik, sivil cəmiyyətin qruculuğunun bizi sevməyənlərə çox böyük təsirləri var. Azərbaycanda sivil, demokratik vətəndaş cəmiyyətinin qurulması qonşularımızı narahat edir. Çünki, Rusiyada azərbaycanlılar firavan yaşayarsa, orada Dağıstan və Çeçenistan da totalitarlıqdan qurtulmaq məsələsini ortalığa qoya bilərlər. Odur ki, bunların hamısı Azərbaycanın qüdərtli olmasını istəməyən dövlətlərin oyunlarıdır. Cəhd olunur ki, Azərbaycanı öz vətəndaşlarımızın gözündən salsınlar".
Sizin Reklam Yeriniz