Toğrul Əhmədovun atası və həkimi döyülmə xəbərinə aydınlıq gətirdi-Eksklüziv
"Toğrul Əhmədovun iki əsgər yoldaşı tərəfindən döyülməsi ilə bağlı
yayılan xəbərlər cəfəngiyyatdır. Mən Toğrulla Dövlət Sərhəd
Xidmətinin Hərbi Hospitalına gətirilən günü görüşdüm. O, hadisəni
olduğu kimi bizə danışdı. Dedi ki, təlim zamanı əl güləşdirərkən
qolu sınıb. Əgər döyülmə faktı olsaydı, ən azından bunu Toğrul
ailəsindən gizlətməzdi. Bu informasiyanın hansısa jurnalistin,
özüdə savadsız birinin təxəyyülünün məhsulu olduğunu onun əsgərin
döyülmə faktını Baş Prokurorluğun araşdırdığını yazması da
təsdiqləyir. Əgər hərbi hissədə əsgər döyülürsə, bunu Baş
Prokurorluq yox, Hərbi prokurorluq araşdırır. Xəbərdən də görünür
ki, bu dezinformasiyadır. Bu məlumatın mənbəsi göstərilmədən, bu
hadisə ilə bağlı kiminsə həbs olunduğunu da yazırlar. Həbs olunan
kimdir, nəçidir bilinmir. Kim istəsə Toğrul Əhmədovun həkimi ilə,
DSX ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirə bilər. Mediadan xahiş
edirik, heç bir mənbəyə əsaslanmayan, yalnış məlumatlar yayıb
ictimaiyyəti çaşdırmasınlar".
Bu sözləri Movqe.az-a Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Məmmədov verib. F. Məmmədov bildirib ki, dünən oğlu ilə yenidən görüşüb Toğrul atasına özünü yaxşı hiss etdiyini, DSX-nın Hərbi Hospitalında tibbi personalın, eləcədə həkimi Azər Qafarovun onun səhhəti ilə tez-tez maraqlanaraq qayğı göstərdiyini bildirib: "DSX-nın Hərbi Hospitalında həkimlərin ona göstərdiyi qayğıdan razıdır. Deyir ki, ata həkimim Azər Qafarov nə lazımdırsa onu edir. Ona hospitalda göstərilən tibbi xidmətdən razıdır. Toğrul da onunla bağlı müxtəlif şayələrin yayılmasından narahatdır. Deyir ki, qolu təlim zamanı zədə alıb heç kəs onu döyməyib, vurmayıb".
Movqe.az Toğrul Əhmədovun həkimi Azər Qafarovla da əlaqə saxlayıb. A. Qafarov da Toğrul Əhmədovun qolunun sındığını, bədəninin başqa heç bir yerində zədə olmadığını, adi sınıq olduğunu təsdiqləyib: "Bu barədə DSX rəsmi məlumat yayıb. T. Əhmədov döyülməsi xəbəri yalandır. Qol güləşdirərkən zədə alıb. Səhhətində başqa heç bir problem yoxdur".