Əlaqə Arxiv
news Image
2013.03.28
12:02
| A A A
Yarılma Berezovskinin qabırğasının qırılmasını aşkara çıxardı

Böyük Britaniyanın Guardian qəzetinin Boris Berezovskinin ailəsindən aldığı məlumata görə, mərhumun meyitinin yarılmasının nəticələri göstərdi ki, onun qabırğası qırılıbmış. Lakin onun zorakı yolla öldürüldüyünü göstərən heç bir əlamətə rast gəlinməyib.


B. Berezovovskinin ölümü ilə bağlı istintaq proseduru martın 28-də Berkşir qraflığının Vindzor şəhərində koroner məhkəməsində keçiriləcək.Görüşü toksikoloji testlər təyin edən, koroner (müstəntiq) Piter Bedford açacaq. Nəticələr isə, bir neçə həftədən sonra məlum olacaq. 


Xatırladaq ki, biznesmen Boris Berezovski martın 23-də Askot şəhəri yaxınlığındakı malikanəsində ölü tapılmışdı.


Dəfn mərasimi isə, altı həftə ərzində, polis cənazəni ailəsinə qaytaran kimi baş tutacaq.


Sizin Reklam Yeriniz