Əlaqə Arxiv
news Image
2012.04.30
14:25
| A A A
3 yaşlı terror

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyası,  Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən korpusuna silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər məhkum olunub - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov. Bu şəxslər terroru Fərda Qədirovla birgə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Mardun Qumaşyanın sifarişi ilə hazırlamaqda təqsirli biliniblər. Avqustun 10-da Ağır Cinayətlər Məhkəməsi Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyevə ömürlük, Ariz Qabulova isə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.

Bu qanlı terror hadisəsindən 3 il keçməsinə baxmayaraq Azərbaycan xalqı o günü unuda bilmir. Belə bir hadisə- Universitetdə terror aktının təşkil olunması ilk dəfə idi baş verirdi…Və ümüd edirik ki, misli görünməmiş bu dəhşət bir də baş verməyəcək.

* 1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

* 2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

* 3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)

* 4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

* 5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

* 6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

* 7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

* 8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

* 9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

* 10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

* 11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

* 12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

 Ölənlərin ailələrinə  baş sağlığı veririk. Və demək istəyirik ki, Azərbaycan Neft Akademiyasında təşkil olunmuş qanlı terror aktında həlak olanlar sadecə bir ölü deyillər..Onlar şəhiddirlər… Peyğəmbər (s.ə.v.) buyurur: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".


Əfqanə Məzahirqızı

Mövqe.az

Sizin Reklam Yeriniz