Əlaqə Arxiv
news Image
2013.05.06
18:05
| A A A
BMT: Suriya üsyançıları kimyəvi silahdan istifadə edir

Suriya üsyançıları kimyəvi silahdan istifadə edir. Mövqe.az-ın "Euronews" kanalına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriyada insan haqları pozuntularını araşdıran komissiya bildirib.

 

Komissiya üzvü Karla del Pontenin sözlərinə görə, silahlı müxalifət sinir sisteminə təsir edən zarin qazından istifadə edir: "Hökumət qüvvələrinə müqavimət göstərən üsyançılar tərəfindən sinir sisteminə təsir göstərən qazdan istifadə edilməsi ilə bağlı bizdə bir sıra dəlillər var. Keçən həftə komissiya üzvləri Suriyada və qonşu ölkələrdə olub, həkimləri sorğu-suala tutub. Üsyançıların zarin qazından harada və nə vaxt istifadə etməsini isə komissiya hələ də araşdırır".

 

Qeyd edək ki, həm üsyançılar, həm də hökumət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə günahlandırır.


Sizin Reklam Yeriniz