Əlaqə Arxiv
news Image
2013.05.08
08:39
| A A A
Qəzaların yol infrastrukturuna vurduğu zərər milyonlarla ölçülür
Araşdırmalar qəza nəticəsində yol qurğularına ziyan verən sürücülərdən cərimələrin yığılmasının da asan olmadığını göstərir

Azərbaycanda baş verən yol qəzalarının sayının çoxluğuna dair indiyə qədər yetərincə məlumat verilib. Elə həmin məlumatlardan aydın olur ki, hər yüz min nəfərə düşən qəzaların sayına görə, Azərbaycan bir çox dünya ölkələrindən irəlidədir. Bu hal müvafiq rəsmi dairələri də narahat edir. Elə bunun üçün yol qəzalarını qarşısının alınması məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklər edilib, cərimələr sərtləşdirilib.

Lakin reallıq hələ də dəyişməz olaraq qalır. Özü də belə qəzalarda ən narahatverici məqamlardan biri insan itkisinin sayının artmasıdır. Məsələn, ötən il respublikanın avtomobil yollarında 2882 yol qəzası baş verib. Nəticədə 1156 nəfər ölüb, 3117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumiyyətlə, 1988-ci ildən 2013-cü ilədək Azərbaycanın avtomobil yollarında 67 min 23 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 405 nəfər ölüb, 74 min 950 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölkədə, o cümlədən paytaxt Bakıda 2013-cü ilin ilk 3 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin, eləcə də bu zaman ölən və xəsarət alanların sayı ötən illərlə müqayisədə artıb. Belə ki, rüb ərzində respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 258 nəfər həlak olub, 691 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 22,3%, həlak olanların sayı 104 nəfər və ya 67,5% və yaralananların sayı 123 nəfər, yaxud 21,7% artıb.

Problemin daha bir tərəfi isə belə qəzaların yol infrastrukturuna da ciddi ziyan vurmasıdır. Məsələn, araşdırmalar göstərir ki, ötən il baş verən avtoqəzalar nəticəsində yolun kənarına quraşdırılmış 12 min paqonametr təhlükəsizlik çəpəri sıradan çıxıb. 15-ə yaxın işıq dirəyi yüzdən çox yol nişanı və göstəricilər, həmçinin, 200 paqonametr bardür yararsız vəziyyətə düşüb. Ümumilikdə yol və yol qurğularına dəyən ziyanın miqdarı milyon manatlarla ölçülür. Onların təmir işləri isə bəzənsə çox ləng aparılır. Onu da bildirək ki, qəza zamanı yol kənarında sözügedən çəpərlərə, bardürlərə dəyən ziyan sürücü tərəfindən ödənilir. Bəzən bu cərimələr gec ödəndiyindən dəymiş zərərin aradan qaldırılması da gecikir.

Bəlli olduğu kimi təmir-bərpa işlərini "Azəeryolservis" ASC-inin müvafiq oraqanlari yerinə yetirsə də, işin maddi tərəfi qəzani törədən şəsxsin üzərinə düşür. Hər kəsin diqqətini cəkən məqamsa cərimənin hansi meyarlar üzrə müəyyən edilməsi və ödənilməsi mexanizmidir. Qeyd edək ki, sürücü cərimə ödəməyincə, onun avtomobili cərimə meydançasında girov saxlanılır. Müəyyən edilmiş cərimə tam ödənildikdən sonra "Azəryolservis" Baki şəhər Dövlət Yol Polisinə və ya digər müvafiq struktura bu barədə məlumat verir. Və ancaq bu bilidirişdən sonra avtomobil cərimə meydançasından buraxılır. Lakin əsas problem də elə cərimələrin yığılmasındadır. Daha bir problem isə bəzən sürücülərin cərimləri ödəməkdən imtina etməsi, bunun üçün maddi imkanlarını olmadığını bəyan etməsidir. Beəlləri həddən çox əzilərək yararsız hala düşən avtomobillərini heç cərimə meydançasından da götürmürlər.

Mütəxəssislər isə cərimələrin sərtləşdirilməsinin tərəfdarıdır və ödəmə prosedurunun qaydalarının dəyişdirilməsini təklif edirlər. Çünki təmir işlərinin daha sürətlə aparılması cərimələrin vaxtında ödənilməsindən asılıdır. Ziyan dəymiş çəpər və bardür vaxtında təmir edilmədikdə isə əlavə təhlükə mənbəyinə çevrilir.Digər tərəfdən xatırladaq ki, dəmir çəpərlərin üzərində xüsusi yol nişanları yerləşdirilib. Bunlar gecə vaxtı sürücüyə dönmə manevrlərini həyata keçirməyə və distaniya saxlamağa yardımçı olur. Amma qəza zamanı sıradan çıxan çəpərlər artıq bu funksiyanı yerinə yetirə bilmir. Və təsadüfi deyil ki, avtomobil qəzalarının da əksəriyyəti məhz gecə vaxtına təsadüf edir. Ekspertlər deyirlər ki, avtomobil qəzası zamanı ölüm halını minimuma endirmək əvəzinə sıradan çıxmış dəmir çəpərlər ölüm halları riskini qaldırır. Bu səbəbdən qəza nəticəsində sıradan çıxmış dəmir çəpərlər və digər yol infrastrukturunun mümkün qədər tez bərpası vacib sayılır.

Sizin Reklam Yeriniz