Əlaqə Arxiv
news Image
2013.05.08
18:32
| A A A
5 dost qadını zorladı sonra isə öldürdü

Gəncə Apelyasiya Məhkəməsində ağır cinayət hadisəsi törətməkdə təqsirli bilinən Vüqar Cəfərov, Kamil Yusifov, Cavid Əmiraslanov, Boran Musayev və Elgün Məhərrəmovun cinayət işi üzrə təkrar məhkəmə başlayıb.


İttihama görə, 2010-cu il noyabrın 19-da Göygöl rayonunun Topalhəsənli kənd sakini C.Əmiraslanovun hərbi xidmətə yola salınması səbəbi ilə məclis təşkil edilib. Məclisdə Topalhəsənli bələdiyyəsində mühasib vəzifəsində işləyən 55 yaşlı Güləbat Namazova da iştirak edib. G.Namazova təqsirləndirilən şəxslərlə birgə yeyib-içibmiş.


Yeyib-içdikdən sonra təqsirləndirilən şəxslər sərxoş halda evinə gedən G.Namazovanı kənd ərazisində yolun kənarındakı sahibsiz tikiliyə aparıblar. Həmin evdə qadını möhkəm döyüb, sonra onu zorlayıblar. Qadının öldüyünü görən həmkəndlilər hadisə yerindən qaçıblar.


Lakin gecə saat 23:30 radələrində hadisə yerinə qayıdan Vüqar Cəfərov və Kamil Yusifov meyiti sonuncuya məxsus uzunqulaqla Gəncəçaya aparıblar. Orada cinayətin izini itirmək məqsədi ilə meyitin üzərində olan qan və spermanı yuyub, qadına paltar geyindirərək çaya atıblar.


Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama) maddələri ilə təqsirli bilinən V. Cəfərov 15 il, K.Yusifov 15 il, C. Əmiraslanov və B. Musayev 10 il müddətinə azadlıqdan məhrum edilib. CM-nin 307-ci (ağır cinayəti bilib gizlətmə) maddələri ilə təqsirli bilinən E. Məhərrəmov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, bir müddət əvvəl hakim Ceyhun Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə elan olunan qərara görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Lakin təqsirləndirilən şəxslər qərardan Ali Məhkəməyə şikayət ediblər. Ali Məhkəmə cinayət işini yenidən apelyasiya məhkəməsinə göndərilməsi və yenidən araşdırılması barədə qərar qəbul edib.


Həmin qərara əsasən dünən hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı mayın 14-nə təyin edilib.



Sizin Reklam Yeriniz