Əlaqə Arxiv
news Image
2013.05.16
20:29
| A A A
“Murmanski vestnik” qəzetində həmvətənimiz haqqında məqalə dərc olunmuşdur

Murmansk vilayəti hökuməti və Murmansk Vilayət Duması tərəfindən təsis edilmiş gündəlik "Murmanski vestnik" qəzeti həmvətənlərimizi sevindirmişdir.

Murmansk hökumətinin qəzetində bu günlərdə "Boks. Zamiq bir göz qırpımında qalib gəlmişdir" sərlövhəli məqalə və həmvətənimiz Zamiq Ağayevin fotoşəkli dərc olunmuşdur. Qeyd edək ki, gündəlik qəzet Z.Ağayevdən birinci dəfə yazmır.

Məqalədə söhbət xidməti borcunu yerinə yetirərkən həlak olmuş dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının xatirəsinə həsr olunmuş "Vımpel" turnirindən gedir. Turnir 7 nömrəli Murmansk uşaq və gənclər məktəbində keçirilmişdir. Yarışlar Zapolyarye paytaxtından, vilayətin Kola, Nikel və Monçeqorsk şəhərlərindən tay boksunun yaşlı və gənc pərəstişkarlarını bir araya gətirmişdir.

Məqalədə deyilir:

"Final görüşləri daha gərgin mübarizə şəraitində keçmişdir. Murmansklılar Zamiq Ağayev və İqor Latonin 81 kiloqramadək çəki dərəcəsində qızıl medal uğrunda mübarizə aparmışlar. Onlar gümrahlıq hissi bəxş edən Şərq melodiyasının sədaları altında növbə ilə üstünlüyü ələ keçirməyə müvəffəq olmuşlar. Tamaşaçılara yalnız hakimlərin üstünlüyü kimə verəcəyi barədə düşünmək qalmışdır. Zamiq qonq vurulmasına bir neçə saniyə qalmış ayağı ilə rəqibinə zərbə vura bilmişdir. Zərbə çox güclü olduğu üçün hakim görüşü dərhal dayandırmışdır. Nəticədə Ağayev qalib gəlmişdir".

ƏLİHÜSEYN ŞÜKÜROV.

Murmansk vilayəti.

Sizin Reklam Yeriniz