Əlaqə Arxiv
news Image
2013.05.18
08:14
| A A A
Rusiya Qafqazda yeni müharibəyə hazırlaşır
Bu ölkənin «Rosbalt» agentliyi bununla bağlı maraqlı məqamlar açıqladı

Şimal qonşumuzun atdığı bir sıra addımlar artıq əksər politoloqlar tərəfindən Moskvanın yeni bəd niyyətinin göstəricisi olaraq dəyərləndirilir. Özü də elə Rusiya mediasında.

Bu haqda danışmazdan öncə qeyd edək ki, artıq məlumat verildiyi kimi Rusiyanın baş naziri Dmitri Medvedyevin Rusiya ilə Azərbaycan arasında Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair 1996-cı ildən qüvvədə olan sazişin ləğvi barədə sərəncam verib. Məsələ ilə bağlı Rusiyanın "Transneft" şirkətinin verdiyi açıqlamada iddia olunur ki, Azərbaycan neftinin Rusiya ərazisilə nəqli 18 yanvar 1996-cı ildə iki ölkənin hökumətləri arasında imzalanmış sazişdə ildə 5 milyon tondan az olmamaqla Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli nəzərdə tutulub. "Lakin təcrübədə bu göstərici dəfələrlə aşağı olub: 2002-ci ildən indiyədək yalnız 2005 və 2006-cı illərdə tranzitin həcmi 4 milyon tondan çox olub, digər illik göstəricilər isə 2008-ci ildəki 1,39 milyon ton və 2004-cü ildəki 2,77 milyon ton arasında dəyişib". Ancaq neftin həcmi belə az idisə, nəyə görə, Moskva məhz indi tranzit müqaviələsinə ləğv etmək qəranıa gəlib? Əksər ekspertlər bunu daha çox siyasi motivlə izah edirlər. Xatırladaq ki, bu məsələ ARDNŞ üçün gözlənilməz olmayıb Şirkət verdiyi açıqlamada bildirib: "Hər iki tərəf müxtəlif vaxtlarda həllini tapmamış bir sıra məsələləri qaldırıb. Rusiya Federasiyası ərazisindən nəql olunarkən və Novorossiysk limanında saxlanılarkən Azərbaycan neftinin keyfiyyətinin dəyişməməsi, neftin keyfiyyət bankı, daşıma həcmlərinin artırılması, tarif və onun dəyişdirilməsi mexanizmləri".

Məsələ ilə bağlı Rusiyanın "Rosbalt" agentliyi isə daha maraqlı məqamlara toxunur. Qeyd edilir ki, Moskvanın addımı təkcə Qəbələ RLS-dən Rusiya əsgərlərinin çıxarılmasına cavab deyil: "Bu, qafqazda genişmiqyaslı müharibəyə hazırlıq fonunda iqtisadi əlaqələrin kəsilməsi əlamətlərini xatırladır".

Agentlik daha sonra digər maraqlı məqamlara toxunur: "Bu boru kəmərinin bağlanması ilə Azərbaycan tərəfi heç nə itirmir. Lakin indi Rusiya fikirləşməlidir ki, boş qalan boru kəmərini nə ilə dolduracaq. Özü də "Transneft" bu kəmərə böyük miqdarda sərmayə qoyub… Belə mövqedən çıxış etməyə əsaslar var ki, Moskva Qafqazda yeni müharibəyə hazırlaşır. Özü də bu dəfə müharibənin imqyası geniş olacaq".

Agentlik bildirir ki, Azərbaycanın "Transxəzər" məsələsində tutduğu mövqe, Bakı-Tiflis-Qars dəmiryolu xəttini çəkməsi də Moskvanı razı salmır: "Rusiyanın həll etməli olduğu daha bir məsələ Azərbaycandan güclü şəkildə asılı olan Gürcüstanın davranışıdır. Rusiya və Ermənistan arasında Gürcüstandan başqa quru dəhlizi yoxdur, hava dəhlizi isə kifayət etmir. Belə quru dəhlizini Tiflis könüllü şəkildə Moskvaya təqdim etməyəcək. Bu mənada Rusiya Silahlı Qüvvələrinin 58-ci ordusunun generallarından birinin dediyi kimi onda bu dəhlizi "yarmaq" lazım olacaq". Bu səbəbdən agentlik Rusiyanın Qafqazda yeni müharibəyə hazırlaşdığını bildirir. Maraqlıdır ki, belə bir vaxtda Gürcüstan prezidenti Saakaşvili deyib ki, Rusiya Azərbaycan neftinin tranzitini dayandıraraq ona təzyiq etməyə çalışır. Gürcüstan prezidenti qeyd edib ki, Azərbaycanın inkişafı bütün regionun inkişafını təmin edə bilər. Bu situasiyada Azərbaycana dəstək çox vacibdir və bu dəstək dəqiq və davamlı olmalıdır.

Özü də bu o fonda baş verir ki, Moskva regiona, xüsusən də Ermənistana külli-miqdarda hərbi texnika cəmləşdirir. Xatırladaq ki, bu günlərdə Rusiyanın "Reqnum" agentliyi belə məlumat yaymışdı ki, Rusiya Ermənistandakı bazasını "İskəndər-M" raketləri və "Tornado" sistemləri ilə təchiz edərək daha da gücləndirmək istəyir. O da vurğulanırdı ki, Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası sürətli şəkildə silahlanmaya başlayıb. Rusiya Silahlı Qüvvələrindən adı çəkilməyən mənbə bildirib ki, hərbi bazaya yeni növ ağır texnika gətirilir. Onun sözlərinə görə, tezliklə regionda analoqu olmayan ciddi raket tipli silahlar gətiriləcək: "Böyük ehtimallara görə, əsasən "İskəndər-M" və yayılım atəşi sistemləri "Tornado" operativ-taktiki raket kompleksləri nəzərdə tutulur".

Həmçinin bu günlərdə o da məlum olmuşdu ki, Rusiya Ermənistandakı 102-ci hərbi bazasının şəxsi heyətini yeni naviqasiya avadanlıqları ilə təchiz edib. Hərbi bazanın silahlanmasına "Perunit", "Qrot" və "Briz" tipli naviqasiya sistemləri daxil edilib. Adıçəkilən cihazlar QLONASS və GPS naviqasiya sistemlərini dəstəkləyir. Geniş tezlik diapazonuna malik bu naviqasiya vasitələri koordinatların təyinində ən böyük dəqiqliyə və qida mənbələrinin artırılmış resursuna malikdir. Naviqatorlar sərt temperaturlarda aktiv rejimdə 12 saata qədər işləməyi bacarır. Rusiya Müdafiə Nazirliyindəki mənbədən bildirilib ki, təzə komplekslər eyni vaxtda 100 km-ədək radiusda 100-dən çox hərbi obyekti qeydə almaq və 10-dan çox hədəfi müşayiət eləmək iqtidarındadır. Yaxın zamanlarda hərbi bazaya yüksək keçici qabiliyyəti olan "KamAZ-43118" avtomobilinin bazasında yaradılmış və təkər ölçüsü 6x6-ya olan yeni xüsusi maşınlar daxil olmağa başlayacaq.

Sizin Reklam Yeriniz