Əlaqə Arxiv
news Image
2013.05.24
13:20
| A A A
Çal-çağır Dilarə Zərdabda evinə polis basqını edilən şəxslə qohumluğundan danışdı-Özəl
Aparıcı Dilarə: "Mən özüm suyu üfürə-üfürə içən adamam"

Çal-çağır Dilarə Zərdabda evinə polis basqını edilən şəxsin onun qohumu olduğunu təsdiqlədi. Bu barədə Movqe.az-a açıqlama verən aparıcı Dilarə Murtuzəliyeva bildirdi ki, evində iclasın keçirildiyi bildirilən Knyaz Mirəliyev onun qohumudur: "Zərdab çox kiçik bir yerdir. Hamı bir-birini tanıyır.Hamı bilir ki, mən zərdabdlıyam və atam tanınmış insandır. Nə olsun ki, həmin adam mənim qohumumdur. Burda nə var ki?! Araşdırsan hamı bir-birinin qohumu, tanışıdır. Amma saytların belə şeyi yazmağı, reklam edib insanları cəlb etməyi doğru deyil. Mən qəti əleyhinəyəm belə məsələlərin. Olmaz belə şeyləri yazmaq və bununla reklam qazanmaq. Mənim siyasi məsələlərə heç bir adiyyatım yoxdur. Bütün qohumlarımın əməllərinə cavabdeh deyiləm ki? Həmçinin o şəxsin bizə uzaq qohumluğu çatır. İstəmirəm belə məsələlərdə mənim adım hallansın. Mən özüm suyu üfürə-üfürə içən adamam. Hər hərəkətimə çox diqqət edirəm".

Xatırladaq ki, İslam Partiyasının Zərdab toplantısında bir neçə nəfər saxlanılıb.


AzNews.az-un məlumata görə, İslam Partiyasının Zərdab rayonunda keçirdiyi toplantı Əlvənd kəndində "mantyor" işləyən Mirəliyev Knyaz Qəzənfər oğlunun evində keçirilib. Polis isə qəfildən həmin şəxsin evinə gələrək iclasda iştirak edənləri saxlayıb. Evində iclasın keçirildiyi bildirilən Knyaz Mirəliyev AzNews.az-a açıqlamasında yayılan xəbərlərli təsdiqləyərək aktrisa və məşhur televiziya aparıcısı Dilarə Murtuzəliyevanın qohumu olduğu da bildirilib: " "Bəli qohumluğumuz çatır, Dilarə xanım mənim anamın əmisi oğlunun qızıdır".


Sizin Reklam Yeriniz