Əlaqə Arxiv
news Image
2013.05.27
15:38
| A A A
Anasına intim SMS-lər yazan şəxsi öldürən oğula hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı Gəncə şəhər sakini Elvin Kərimovun məhkəməsi başa çatıb.

Gün.Az-ın məlumatına görə, məhkəmənin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə və qəsdən adam öldürməyə cəhdə təqsirli bilinən Elvin Kərimov 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Kərimov ötən ilin sentyabrın 20-si saat 11 radələrində anası Elmira Kərimovanın telefonuna iş yoldaşı Şirin Bayramov tərəfindən gələn intim mövzuda ismarışı görüb. Anasını və onun iş yoldaşını öldürmək qərarına gələn Elvin bazardan bıçaq alaraq Şirin Bayramovu işdən çağıraraq onu Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində olan çöllük sahəyə aparıb. Elvin orada Şirindən anasına nə üçün ismarış yazdığını soruşanda, "başqasına yazırdım, səhvən anana göndərdim" cavabını alıb. Buna inanmayan E.Kərimov aldığı bıçaqla Ş.Bayramova boyun, boğaz nahiyələrindən çoxsaylı zərbələr endirərək, onu qətlə yetirib.

Elvin Kərimov Şirin Bayramovun öldüyünə əmin olandan sonra yaşadıqları evə gələrək anası Elmira Kərimovanın sinə nahiyəsinə 3 bıçaq vurub. Anasının öldüyünü fikirləşən Elvin Kərimov evdən qaçıb. Lakin səsə gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan Elmira Kərimovanın həyatını həkimlər xilas edə bilib.

Sizin Reklam Yeriniz