Əlaqə Arxiv
news Image
2013.05.31
15:16
| A A A
Heyvanlarla kobud davrananlar nə qədər cərimə olunacağı məlum oldu

Milli Məclis mayın 31-də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Yeniliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılır. Hazırda bu cərimələr 20-45 manat miqdarındadır.


Yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər 200 manat miqdarında cərimə nəzərdə tutur (hazırda 5-20 manatdır).


Bu cərimələr həmçinin ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması, dırnaq və dişlərinin çıxarılmasına görə də tətbiq olunacaq.


Məcəlləyə dəyişiklik qüvvəyə mindikdən sonra ev heyvanlarını saxlayan şəxslər həmin heyvanlara müvafiq qayğıların göstərilməməsinə görə də 200 manat cərimələnəcəklər.

Sizin Reklam Yeriniz