Əlaqə Arxiv
news Image
2013.05.31
15:24
| A A A
Xeyli sayda mina və partlamamış sursat aşkarlanıb
ANAMA ermənilərin işğal etdikləri ərazilərdən çaylarla axıtdıqları xeyli sayda mina və partlamamış sursat aşkarlayıb Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Xaçın çay və Tərtər çayı vasitəsi ilə ermənilərin işğal altında saxladıqları ərazilərdən gələn xeyli sayda mina və partlamamış döyüş sursatı aşkarlayıblar. Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib. A. Aslanovun sözlərinə görə, çaylarda işğal altında olmayan ərazilərə axıdılan minalardan bəziləri öz özünə partlasa da, xeyli sayda mina və sursat götürülüb. Tapılmış sursatlar arasında partlamamış 122 mm çaplı "Qrad" raketi, 57 mm çaplı raket, F-1 tipli əl qumbaraları da var. ANAMA nümayəndəsinin sözlərinə görə, əvvəlki illərdə də ermənilərin çaylarda suyun səviyyəsinin artmasından istifadə edərək Azərbaycan Ordusunun nəzarəti altındakı ərazilərə partlayıcılar axıtması faktları qeydə alınıb. Çaylardan tapılmış sursatlar bu gün Ağdam rayonundakı xüsusi poliqonda partladılaraq zərərsizləşdirilib. ANAMA-nın Çevik Əməliyyat Qrupu tərəfindən Tərtər çay və Xaçın çaylarının su hövzələrində yoxlamalar davam etdirilir.
Sizin Reklam Yeriniz