Əlaqə Arxiv
news Image
2013.05.31
15:15
| A A A
Fövqəladə hallar naziri Lənkəranda vətəndaşları qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün səhər saatlarından başlayaraq nazirliyin Cənub Regionlar Mərkəzinin binasında Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Mövqe.az-ın məlumatına görə, FHN-in müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nazirə müraciətlərində işə qəbul, qəzalı evlərin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qəbul zamanı bəzi vətəndaşlar şəxsi məsələlərlə bağlı K. Heydərova müraciət ediblər. Bütün müraciətlər diqqətə alınıb, nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə əlaqədar qurumlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.

Sizin Reklam Yeriniz