Əlaqə Arxiv
news Image
2013.06.03
15:23
| A A A
Türkiyədə mitinqlərdə saxlanılanların sayı 1730-a çatıb
Türkiyədə baş verən son hadisələrlə bağlı daxili işlər naziri açıqlama verib.

Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Taksim meydanının yaxınlığındakı "Gezi Parkı"nın sökülməsinə etiraz edən nümayişçilər sakitləşmək bilmir.


Araya provakativ qüvvələrin girməsi ilə böyüyən hadisələrə polis sərt müdaxilələr edib.

Türkiyənin daxili işlər naziri Muammər Gülərin verdiyi məlumata görə 28 maydan bu günə qədər 67 şəhər və rayonda baş verən hadisələrdə 1730 nəfər saxlanılıb.

Nazirin sözlərinə görə saxlanılanların böyük əksəriyyətinin ilkin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar.

"Çox təəssüf ki, polisə hücum etməklə, iş yerlərini dağıtmaqla, avtomobilləri yandırmaqla böyük ziyan vurmaq istəyənlər var. Dövlət malına ziyan vurmaq cinayətdir. Bu cür hərəkətləri edənlər haqqında mütləq qanuna uyğun şəkildə qərar veriləcək".

Sizin Reklam Yeriniz