Mövqe.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan "Gün keçir" verilişinə qonaq olan rejissor bundan sonra sevgi həyatına son qoyduğunu deyib:
"Həbsdən sonra həyatımdakı bütün qadınları sildim, ağ səhifə
açdım. Bu səhifədə isə uzun müddət heç bir sevgi, münasibət
olmayacaq. Heç vaxt deməmişəm ki, mən həbsdə ola bilmərəm. Amma
təsəvvür belə etməzdim ki, buna bir qadın səbəbkar olar.
Təcridxanada olmazdan əvvəl "Şaman" tammetrajlı filmin son
çəkilişlərini başa vurmuşdum. İndi onun montaj işləri gedir. Yaxın
günlərdə nümayişə çıxacaq. Öz həyatımla bağlı film çəkəcəyəm.
Burada bütün sirlərim açılacaq".
Aqil M. Quliyev efir vasitəsilə mətbuata müraciət ünvanlayıb:
"Mənim tək fotosessiyalarım internetdə çoxdur. Hər kəsdən xahiş edirəm ki, həmin xanımla olan şəkillərim heç bir yerdə yayımlanmasın".