Rəqqas, xoreoqraf Şəhriyar Cəfərov gənc rəqqas və rəqqasələrin çıxışını bəyənmədi. Bu barədə Şəhriyar Cəfərov özü Mövqe.az saytına açıqlaması zamanı bildirib: "Ancaq təssüflər olsun ki, bu gün dəbdə olan rəqqasələrimiz çox aşağı səviyyədə milli rəqslərimizi ifa edirlər. Peşəkarlar sırasında Təranə Muradova, Xanlar Bəşirov, Zülfiyyə İbrahimova, Sevinc Hüseynova, Tahir Eynullayev və başqalarının adını daxil etmək olar. Çox təəssüf ki, peşəkarlar arasında adlarını çəkdiklərimi heç kim tanımır. Heyflər olsun ki, bu gün bu rəqqasələrimiz gündəmdə deyillər. Heç bir efir onları dəvət edib, tamaşaçı ilə təmasda qoymur. Halbuki pul verib efirlərə çıxan rəqqasələrimiz var ki, onlar sadəcə qeyri-peşəkarlardır. O cür insanlar, bu sənətin təhsilini, tədrisini görməyiblər. Onlar efirə şadlıq saraylarından gəliblər. Bir var sənəti özündə sevəsən, bir də var ki, özünü sənətdə sevəsən. Bax onlar ikinci varianta aiddirlər. Onlar bu sənətə populyar olmaq, sadəcə pul qazanmaq, biznes məqsədi ilə gəliblər. Amma əsl sənətkar sənətə, sənət naminə gəlib, bu sənəti sevməlidirlər. Bu gün efiri açıb, hansı rəqqasələri görürüksə onların əksəriyyəti professional deyil. Məsələn, İlham, Göyçək Fatimə və b. rəqqas və rəqqasələrin sadəcə sənətə həvəsi var. Onlar çıxıb ifa etsinlər, amma özlərinə heç bir halda peşəkar deməsinlər. Onların ifası akademik səviyyədə, nümunəvi deyil, çox aşağı səviyyədədir, yəni özlərinin olduğu qeyri-peşəkar səviyyədədir".