Əlaqə Arxiv
news Image
2013.06.05
10:53
| A A A
Ordu yenidən Türkiyədə siyasi prosesləri nəzəratə götürə bilər

Türkiyədə cərəyan edən hadisələr bu ölkədə başlanan ixtişaşların hələ yaxın tezlikdə sakitləşəcəyini böyük sual altına alır. Əksinə, hadisələrin daha təhlükəli məcrada inkişaf edəcəini proqnozlaşdıranlarnı sayı artır. Bu fonda belə fikirlər səslənir ki, Türkiyə ordusu yenidən hadisələrə müdaxilə edib proseslərin gedişini öz nəzarətinə götürə bilər.

 "Ordunun müdaxiləsini, yenidən Türkiyəni 10 – 20 il əvvəlki vəziyyətinə qaytarmaq istəyən qüvvələr var"


Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, proseslərin ordunun müdaxiləsinə qədər inkişafını istəyən xarici faktorlar var: "Ancaq nəzərə almaq lazımdır ki, bu, təkcə xarici faktorlarla ortalığa çıxan məsələ deyil. 10 illik AKP hakimiyyətində bir növ fikir formalaşmışdı ki, artıq bunlar ictimaiyyətdə o qədər populyardırlar ki, hətta ən strateji qərarları belə ictimai rəydən soruşmadan həyata keçirmək olar. Bu fikirlər xüsusi ilə də baş nazir Ərdoğanda formalşmışdı. Lakin başlana narazılınq bu fikirləri alt-üst etdi. Bu da ağacların kəsilməsi kimi çox kiçik məsələlərlə ortalığa çıxdı. Əsas səbəb bu, yox, xalqın içində uzun zaman yığılmış hiddət idi. Ordunun müdaxiləsini, yenidən Türkiyəni 10 – 20 il əvvəlki vəziyyətinə qaytarmaq istəyən qüvvələr var. Bu qüvvələr Türkiyənin çevrəsində olan ölkələrdir. Xüsusi ilə də Suriya, İran və Rusiyadır. Bu ölkələr Türkiyənin yenidən köhnə Türkiyəyə, idarəolunan Türkiyəyə dönməsini istəyirlər. Ancaq proseslər o səviyyəyə qədər inkişaf etməyəcək. Çünki, bir tərəfdə müəyyən sosial etirazlar olsa da, digər tərəfdə dövlətin maraqlarını qoruma hissləri özünü büruzə verir. Bu, türk millətinin dövlətçilik hissindən gələn müsbət addımdır. Eyni zamanda, bizlərə də Anadolu türklərindən götürülə biləcək ibrətamiz çox ciddi dərs olmalıdır. Digər tərəfdən, müxalifətin içərisində dövlətin maraqlarının qorunması yönündə konkret addım atan qüvvələr var. Bu qüvvələrin başında Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı gəlir. Ona görə də bəzi müxalif qüvvələrin maraqlarına rəğmən, proseslər ordunun müdaxiləsi ilə nəticələnməyəcək. Türkiyə prezidentinin tamamilə fərqli prizmada davranış nümayiş etdirməsi də prosesi sərinləşdirdi. Bunu da nəzərə almaq lazımdır ki, bugünki hökumət legitimli, xalqın səsi ilə formalaşmış bir hökumətdir. Ona görə də onları hansısa dirənişlə istefaya göndərmək mexanizmləri yoxdur".

 "Ordunun məsələyə əl qoyması Türkiyədə heç kəs tərəfindən məmuniyyətlə qarşılanmazdı"

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının sözlərinə görə, proseslərə ordunu qoşulma ehtimalları olduqca zəifdir: "Çünki, 3 - 4 illik davam edən "Ergenekon" əməliyyatları nəticəsində xarizmaya sahib olan yüksək ordu mənsublarının həbsə alınması indiki baş qərargah rəsinin hələlik bu məsələyə əl qoymasının mümkünsüzlüyünü göstərir. Proseslərin qızışma ehtimalı hər zaman var. Amma AKP-nin bu məsələyə necə münasibət göstərəcəyi və yaxud da həll variantı kimi nəyi seçməyə üstünlük verəcəyi bundan sonrakı hadisələrin taleyi ilə sıx bağlıdır. Abdulla Gülün məsələyə daha anlaşıqlı münasibət sərgiləməsi göstərir ki, baş nazir Ərdoğanın Güllə görüşü olduqca yüksədir. Prezident öz səlahiyyətləri çərçivəsində Ərdoğandan məsələyə daha soyuqqanlı yanaşmasını tələb edə bilər. Əslində, ordunun məsələyə əl qoyması Türkiyədə heç kəs tərəfindən məmuniyyətlə qarşılanmazdı.Çünki, Türkiyənin tarixində 2 - 3 dəfə hərbi çevriliş təcrübəsi var. Bu da ölkənin imicinə, tarixinə, iqtisadiyyatına ciddi zərbə vurub. Bu baxımdan ordu tək carə deyil. Bunun başqa yolları da var. Bu yollarda xarici rəyi yox, türk ictmaiyyətinin rəyi türk ənənəsinin formalaşdığı şəkildə həyata keçirilməlidir".

 "Ədalət və İnkişaf Partiyası qərarlarında geri addım atacaq"

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin rəhbəri Rövşən İbrahimovun fikrincə, aksiya ordu qoşulacaq dərəcə yayılmayıb: "Ehtimal ki, yaxın zamanda məsələlər səngiyəcək. Çünki, bu, hansısa siyasi məqsəd güdməyən bir narazıçılıq olub. Ədalət və İnkişaf Partiyasının bir sıra vətəndaşlarının həyat tərzinə zidd olan qərarların verilməsi və onların ənənəvi həyat tərzinin dəyişməsi qorxusu ilə həyata gəlib. İnanıram ki, Ədalət və İnkişaf Partiyası qərarlarında geri addım atacaq. Türkiydəki hadisələrin "ərəb baharı" ilə əlaqələndirmək və müqayisə etmək düzgün olmazdı Burada əsaslar və tələblər fərqlidir".

Sizin Reklam Yeriniz