Əlaqə Arxiv
news Image
2012.05.08
13:11
| A A A
Şuşanın işğalı Türkiyədə anıldı

Mövqe.az "TRT Haber"-ə istinadən bildirir ki, Şuşanın işğalı ilə bağlı Ankarada anım mərasimi təşkil edilib.

Ankarada təşkil edilən bu yığıncaqda erməni işğalı qınandı.

Millət vəkili Qənirə Paşayeva, 20 il əvvəl Şuşada 500-dən çox insanın şəhid edildiyini və tarixi əsərlərin dağıdıldığını bildirib.

Millət vəkili, Qarabağ problemi və Şuşa işğalına qarşı Azərbaycan və Türkiyənin mübarizə etməsi lazım olduğunu söyləyib.

Paşayeva,"Qarabağ problemi tək Azərbaycan problemi deyil, Xocalı soyqırımı yalnız Azərbaycanın problemi deyil,özləri yazdılar, tarixlərdə yaşadı Türk olduqları üçün etdik" dedi.

"Qarabağ problemi Azərbaycanın olduğu qədər Türk dünyasının da problemidir. Və biz dünyanın hər yerində yaşayan bütün türklərə müraciət edərək  qardaş bacılarımıza deyirik ki, birlik, bərabərlik içində mübarizə etmək məcburiyyətindəyik."

"Əməkdaşlığımızı daha da gücləndirməliyik."


Ziba Yusifova

Movqe.Az


Sizin Reklam Yeriniz