Əlaqə Arxiv
news Image
2013.06.06
17:26
| A A A
Azərbaycan gözəllərinin dünya podiumlarına yolları hələ də bağlıdır
Sedat Koçak: «Azərbaycan gözəlləri dünya və regional gözəllik yarışmalarında mütləq iştirak etməlidirlər» Müğənni Ruhi: «Bizdə seçilən gözəllər heç kimi tanımırlar, gəncdilər, məlumatsızdırlar»

İntiqam Hümbətov: "Azərbaycan gözəllərinin dünyada təmsil olunmasına dəstək kimi hansısa layihə və ya fərdi şəkildə müraciət olunsa, biz əlimizdən gələn köməyi edərik"


Regional və düny agözəllik yarışmalarına Azərbaycan təmsilçilərinin qatılmaması hələ də aktüal müzakiər mövzularından birini təşkil edir. Məsələyə münasibət bildirən türkiyəli film rejissoru Sedat Koçak Mövqe.az-a açıqlamasında Azərbaycanın dünya və regional gözəllik yarışmalarında iştirak etməməsini təəssüfverici hal kimi qiymətləndirdi: "Buna təəssüf edirəm. Azərbaycan gözəlləri Türkiyə gözəllərindən daha gözəldirlər. 2011-ci ildə Türkiyədə "miss Türkey" Melis Aslı Pamuk oldu. 2012-ci ildə isə Acelya Samyeli ən gözəl oldu. Fikrimcə, bir zamanlar Dəfnə Samyeli ən gözəl adına layiq idi. Amma indi Azərbəycan gözəlləri Dəfinəni belə geridə qoyub.

Yanılmıramsa, bir neçə il əvvəl müğənni Safura Əlizadə Türkiyəyə gəlmişdi, Dəfinəyə qonaq olmuşdu və o, gözəlliyi ilə hər kəsi əfsunlamışdı. Azərbaycan adını artıq hər yerdə görmək mümkündür. "Evrovision" yarışması buna ən gözəl, bariz nümunədir. Azərbaycan gözəlləri düşünürəm ki, dünya və regional gözəllik yarışmalarında mütləq iştirak etməlidirlər. Bu zaman onlar layiqli yerlərini də tutacaqlar. Azərbaycan qızlarının hamısı gözəldir. Düşünürəm ki, sadəcə Azərbaycan ismini hər yerdə duyurmaq lazımdır".

Azərbaycanın biznes ledisi, müğənni Ruhi isə bildirir : "Mən " Best model of Azerbaijan" təşkil etmişəm. Qaldı Azərbaycan gözəllik yarışmalarında qalib olan gözəllərin dünya səviyyəsində çıxış etməməsinə, bu onların günahı deyil. Bizdə sadəcə irəlidə gedən təşkilatçılar yoxdur ki, həmin gözəlləri dünya podiumlarına çıxartsınlar. Ən azı heç olmasa, Türkiyəyə çıxartmağa cəhd etsinlər. Sadəcə, yaxşı təşkilatçılıq lazımdır. Bizdə seçilən gözəllər heç kimi tanımırlar, gəncdilər, məlumatsızdırlar. Onları dünyaya çıxartmaq lazımdır. Bizdə hər şey təzə-təzə başlayır. Əvvəl ölkə daxilində bu məsələlər təkmilləşməli və mükəmməl olmalıdır. Dünya miqyasında bizim gözəllərin tanınması üçün 10-15 il müddət lazımdır. Bizim üçün çox tezdir".

Mədəniyyət və Turizm Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov Mövqe.az-a açıqlaması zamanı bildirdi ki, nazirlik gözəllik yarışmaları təşkil etmir: "İctimai təşkilatlar, qeyri-hökümət təşkilatları gözəllik yarışmalarını ölkəmizdə təşkil edirlər. Amma nazirlik bu işlə hal-hazırda məşğul olmur. Lakin bildirək ki, əgər nazirliyə bu barədə, yəni, Azərbaycan gözəllərinin dünyada təmsil olunmasına dəstək kimi hansısa layihə və ya fərdi şəkildə müraciət olunsa, biz əlimizdən gələn köməyi edərik. Yardımçı olub, təşkilati dəstək verərik ki, qalib olan gözəllər necəsə gedib ölkəmizi təmsil etsinlər".




Sizin Reklam Yeriniz