Bir müddətdiri ki, Azərbaycanda da Beynəlxalq Bankın nəzdində
İslam bankçılığı tətbiq olunur. Lakin hələik bu bankçılıq ölkənin
bank sektorunda hansısa ciddi yeniliklərlə müşayiət olunmur.
Məsələyə münasibət bildirən iqtisadçı-
ekspert Samir Əliyev Mövqe.az.a açıqlamasında qeyd edir: "İslam
bankçılığının yeniliklər gətirməsindən danışa bilmərik. Çünki,
Islam bankçılığı çoxdan var. Sadəcə olaraq, son illər bu bankçılığa
meyl daha da artmağa başlayıb. Xüsusilə də, 2009-cu ildə başlayan
böhran zamanı ənənəvi banklar sıradan çıxdısa, İslam bankçılığında
bu müşahidə olunmadı, o, sınaqdan üzü ağ çıxdı. Ona görə də
dünyanın diqqəti məhz bu bankçılığa yönəldi. Bu gün dünyada Islam
maliyyəsinin dövriyyəsi 1 trilyon dollara yaxındır və zamanla da
artır. Amma buna baxmayaraq, dünya üzrə ümumi bank sektorunda cüzi
hissə tutur. İslam bankçılığının tətbiqinə bu gün Azərbaycanda da
ehtiyac böyükdür. Bu gün ölkəmizdə olan mövcud bank
qanunvericiliyi, banklara Islam bankçılığı ilə məşğul olmağa imkan
vermir. Qnunvericiliklə Islam bankçılığı ilə işləmək qadağa olduğu
üçün banklar şöbə açır, bir növ bəzi xidmətlərindən ( məsələn,
depozit qəbulu, investisiya yönəldirməsi və s. ) yararlanırlar.
Ölkəmizdə fəaliyyət göstərən banklar bank qanunvericiliyinə görə,
sadəcə vasitəçidir, onlar ticarət, istehsalla, investisiya ilə
məşğul ola bilməz. Banklar sadəcə sahibkara pul verir ki, sahibkar
hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olub, sonra bankın
faizini qaytarsın. İslam bankçılığında isə banklar tərəfdaş
kimidir. Müştəri ilə bank birgə qərar qəbul edir. Hər hansı
istehsal sahəsi ilə birgə maraqlanıb, bir yerdə qərar qəbul
edirlər. Ancaq bizdə bankların tərəfdaş kimi fəaliyyəti qadağandır.
Ona görə də banklarımız bu cür fəaliyyət göstərə bilmirlər.
Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olduğuna görə, İslam
bankçılığına ehtiyac böyükdür və get-gedə də artır. Bizdə bir çox
inanclı insanlar vardır ki, ənənəvi banklardan kredit götürə və
yaxud da ki, əmanət qoya bilmirlər. Çünki o zaman dində haram
buyrulan sələm və faiz məsələləri ortaya çıxır. O cür müştərilər
kifayət qədərdir və onlar bank sektorundan faktiki olaraq kənarda
qalıblar. O cür müştəriləri cəlb etmək üçün İslam bankları
yaradılmalıdır. Qazaxıstanda bank qanunvericiliyində bununla bağlı
dəyişiklik edilib. Əlavə bölmə artırılıb ki, Islam bankçılığı ilə
məşğul olan banklar hansı vəzifə və səlahiyyətlə malikdir.
Fikrimcə, Azərbaycanda da Islam bankçılığı ilə məşğul olan banklara
qanunvericilikdə dəyişiklik edilib, onların fəaliyyəti üçün şərait
yaradılmalıdır. Bu zaman həmin banklar real iqtisadiyyata vəsait
ötürmüş olacaqlar".
İslam bankçılığınından istifadə edərək bizim hansı üstünlüklərə nail olacağımız barədə iqtisadçı ekspert bunları qeyd etdi: "İslam bankçılığını inkişaf etdirərək, biz sırf istehsalı stimullaşdıran maliyyə sistemi qura bilərik. Bu sistem bir tərəfdən ölkədə olan istehsalı stimullaşdırar, digər tərəfdən də, ölkədə olan bütün insanları bank sektoruna cəlb edə bilər".
Banklar, kütəvi şəkildə İslam bankçılığına meyl edə bilərmi sualına iqtisadçı S. Əliyev belə cavab verdi: "Bu gün Beynəlxalq Bank, "Nikoil", "AGB bank" və s. bu kimi banklarda belə təşəbbüs var. Bu banklar sırf əmanətlərin qoyulması ilə yox, depozit qoyumu ilə məşğul olub, çox məhdud şəkildə fəaliyyət göstərirlər. Amma hiss olunur ki, banklar bu sahədə işləmək istərdilər. Təəssüf ki, qanunvericilik imkan vermir".
S. Əliyev məlumatı az olanlar üçün ənənəvi bankçılıqla İslam bankçılığı arasında olan fərqləri də izah etdi: "Ənənəvi bankçılıqda risk bankın üzərinə düşürsə, İslam bankçılığında risk 50-50-yə bölünür. Ənənəvi bankçılıqda sən müştəri kimi fəaliyyət göstərirsən, islam bankçılığında isə tərəfdaş kimi çıxış edirsən. Ənənəvi bankçılıqda vəsaitin yönləndirilməsində heç bir problem olmur. Yəni, müştəri istəsə spirtli içki və ya tütün zavoduna və s. bu kimi yerlərə maliyyə qoya bilər. Amma İslam bankçılığında dinlə haram olunmuş ticarət yerlərinə vəsait qoymaq olmaz. Ənənəvi bankçılıqda qeyri-real iqtisadiyyata vəsaitin yönəldilməsi əsasdırsa, İslam bankçılığında sırf real iqtisadiyyata vəsait yönədilir. Hər iki bankçılıq arasında əsas fundamental fərqlər bundan ibarətdir. Digər fəaliyyətlər isə fərqli adlar altında demək olar ki, eyni xidmət mexanizimləridir".
İqtisadçı ekspert Nicat Hacızadə İslam
bankçılığının bank sektoruna gətirdiyi yeniliklər haqqında
Mövqe.az-a bunlaır bildirib: "Azərbaycanda Islam bankçığının
tətbiqinə artıq 6 ildir ki başlanılıb. Bu gün dünyanın ən inkişaf
edən ölkələrində İslam bankçılığ artıq geniş vüsət alıb. Əsasən də
dünyada Malaziya, Qətər modelindən istifadə edilir. Həmçinin,
Azərbaycandada Islam bankçılğı Malaziya modelinə uyğun
qurulub".
N. Hacızadə İslam bankçılığının ənənəvi bankçılığa nə kimi yenilik gətirməsindən də danışdı: "Ənənəvi bankçılığın aktivlərinin və kredit portfelinin formalaşmasında rol oyanayan faizli kreditlərdir ki, Islam bankçığında bunlar yoxdur, o cümlədən lizinq, ipoteka, borc alma məsələrində ənənəvi bankçılğından fərqlənir. Qısa formada desək, İslam bankçılığında faiz yoxdur, spekulyativ davranış yoxdur, amma ənənəvidə var. İslam bankçılığında risklərin bölüşdürlməsi var, amma ənənəvidə yoxdur və sonda islam bankçılğıda real və sosial sektora yönəlmə yüksəkdir, nəinki ənənəvi bankçılqda".
Ənənəvi bankların İslam bankçılığına kütləvi şəkildə meyl edə bilib-bilməmələri haqqında isə ekspert bunları söylədi: "Bu yaxınlarda Vatikanın dini lideri ictimaiyyətə çağırışda bulundu ki, bu gün dünyanı böhrandan yalnız və yalnız Islam bankçığı, islam iqtisadi sistemi çıxarda bilər. Hətta bir sıra Avropa ölkələri İslam bankçığı vasitəsi ilə böhrandan xilas olmuşdur. Və bu da onu göstərir ki, beynəlxalq ictimaiyyət içərisində Islam bankçılığın xüsusi nüfuzu vardır. Təqiqatlar göstərir ki, 15-20 il sonra Qərbdə inkişaf etmiş ölkələrdə İslam bankçılığı sisteminə keçid olacaq. Ümumiyyətlə, banklar islam bankçılığına kütləvi şəkildə meyl edə bilərlər. Ancaq bunun üçün bir sıra çətinliklərdə var, birincisi ona görə ki, İslam bankçılğında elə məhsullar var ki, onların maliyyələşdirilməsinə (haram) icazə verilmir, onlara donuz məhsulları, narkotik məhsullar, silah sursat ticarəti, əxlaqsız filmlər, qumar, alkaqollu içkilər və s. aiddir. Ənənəvi bankçıqda bunlar nəzərə alınmır, sadəcə olaraq kredit verilir, faizi ilə bərabər kreditin qaytarılmasını gözləyir. İslam bankçiliğinda isə bunlar yoxdur".