Əlaqə Arxiv
news Image
2013.06.13
17:25
| A A A
Məşhur tele-aparıcı müğənniləri hədələdi-Eksklüziv
Aparıcı Murad Arif: “Müğənni üçün verliş aparmaq lazımsız vaxt itkisidir” Könül Kərimova: «Müğənni müğənniliyini etsə, daha yaxşı olar»

Bu gün bir sıra telekanallarda müəyyən verlişlərin aparıcısı qismində müğənniləri görmək belə demək mümkünsə, adi hala çevrilib. Lakin elə aparıcı müğənnilər var ki, onlar sadəcə aparıcılıq sənətinin sözün əsl mənasında "qol-qabırğasını ındırırlar". Məsələyə münasibət bildirən aparici Murad Arif Mövqe.az-a açıqlamasında qeyd edir: "Müğənnilərimizin aparıcılıq etməsinə müsbət baxmıram. Ulduz səhnədə mikrofonla parlayar. Oxuması, performansı ile aktuallığını qoruyub, saxlayar. Əgər o həqiqətən də ulduzdursa… Çox nadir hallarda müğəninin proqramına oturub baxa bilərəm. Məsələn, türk ulduzu Candan Ercetin öz proqramında musiqiçi kimi görünürdü. Verliş zamanı musiqidən, səsdən, ifadan, repertuardan danışırdı. Savadlı da danışırdı. Mükəmməl təhlillər aparırdı. Bir sənətkarın efirdə sənət dilində danışması həqiqətən də maraqlı idi".

Aparıcı bizim müğənnilərin nə üçün aparıcılıq etmə səbəblərini də açıqladı: "Amma bizdə bir çoxu aparıcılıq edir ki, gündəmdə qalsınlar. Bu, acı və təəssüf doğuran görüntüdür. Deməyə sözü olmayan müğənni yalnız mahnı oxusa, kifayət edər. İnanın ki, bu qısqanclıq deyil. Bizim müğənnilərin müğənnilik fəaliyyəti çox passivdir. Bu səbəbdən də, məncə onlar daha çox mahnılarına, konsertlərinə, zövqlərinə fikir versələr, yaxşı olar. Bu zaman, onların verliş aparmağa nə vaxtları çatar, nə də ki, ehtiyacları olar. Azərbaycanda müğənninin veriliş aparmağı "daha nə edim görəsən?!" məntiqinə söykənir. Məndən soruşan olsaydı, deyərdin ki, "heç nə" etmə. Yalniz mahnı yaz, mahnı oxu, klip çək, konsert ver. Çünki, yeni mahnılara ehtiyac hər zaman var. Düşünürəm ki, müğənni üçün verliş aparmaq lazımsız vaxt itkisidir. Efirlərdə dinləməyə mahnı yoxdur, bunlar isə verliş aparır. Bizdə ən çox qəbul etdiyim F. Ağayevin, R.Rəhimlinin, B. Dadaşovanın verliş apara bilməsidir. Qəbul etsəm də, yenə də deyirəm ki, onların oxumaqlarına, mahnılarına ehtiyac daha böyükdür".
Aparıcı vəziyyətin belə getməsindən gileylənib müğənniliyə başlaya bilməsindən də danışdı: Bu sual mənə 2-3 il bundan öncə verilsəydi belə mənfi yanaşmazdım. Prinsipcə burada belə qəbahət yoxdur. Amma bu gün müğənnilərimiz ifrat dərəcədə aparıcılığa meyl edirlər. Bu isə çox pis haldır. Müğənnilərə xəbərdarlıq edirəm, belə getsə sizin mahnılarınızı özüm oxuyacam. Və müğənniliyə başlayacam. İndidən müğənnilərimizə xəbərdarlıq edirəm.

Müğənni Könül Kərimova isə müğənnilərin aparıcılıq edə bilməsini normal qəbul edir: "Müğənnilərimizindən ola bilər aparıcı olanlar olsun və bu onlarda uğurlu da alınsın. Hansı müğənninin ki, danışıq qabiliyyəti, gözəl səsi, diksiyası var və o yaxşı verliş apara bilərsə, niyə də olmasın. Mən məsələn, Faiq Ağayevin, Tünzalə Ağayevanın, danışıqlarını çox bəyənirəm. Mən özüm 3 ildir ki, " Bir könüldən" verlişinin aparıcısıyam. Öz təcrübəmdən istifadə edib, deyirəm ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşıdır. Mənə məsələn, verliş aparmaq hərdən çətin olur. Adi həyatda hamı mənim sərbəst danışdığımı desə də, kameralar qarşısında çətinliklərim olur. Tam səmimi etiraf edirəm. Müğənni müğənniliyini etsə, daha yaxşı olar. Amma bu bacarıq çox az müğənnilərimizdə var. Hərdən ehtiyac yaranır və müğənni müğənniliklə yanaşı,aparıcılıq da edir. Amma bu heç də asan deyil və əksər müğənnilərimizin efirdə danışıq qabiliyyəti olmur. Aparıcılıq heç də asan sənət deyil. Mən aparıcılıq etsəm də, kifayət qədər bunun çətinliklərini, problemlərini görmüşəm və görürəm də…"

Sizin Reklam Yeriniz