Əlaqə Arxiv
news Image
2013.06.14
08:25
| A A A
Azərbaycanlı xanım müğənni oğlu ilə birgə qrup yaradır- Eksklüziv

Sevilən müğənni Könül Kərimovadan təzə xəbərlər var. Yay ayları olduğu üçün istirahətə üstünlük verən müğənni xanım, əslində işləri ilə də vaxtaşırı məşğul olduğunu bildirdi. Konsert və yeni klip çəkdirmək üçün planlarının çox olduğunu qeyd edən müğənni mövqe.az-a danışdı: "Yaradıcılığımda çox yeniliklər var. Sadəcə yay aylarında işləməyi sevmirəm. Bu aylar istirahət üçündür. Yeni planlarımı payız aylarına saxlamışam. İki-üç ən məhşur müğənilərimizlə duetlərim olacaq. Duet ortaqlarımı gizlətmək nöqtəyi-nəzərindən yox, sadəcə alınmayacağından ehtiyatlandığım ücün adlarını açıqlamıram. Payız aylarında konsert verəcəyəm. Təzə mahnılar hazırlayıram. İçimdə, qabımda olanları göstərmək arzusundayam. Nələrinsə xatirinə işləmək istəmirəm. Bu məni yorur. Sizə eksklüziv olaraq bildirirəm ki,bu yaxınlarda qurp yaradacağam və bildirim ki, bu qurup sadəcə müğənilərdən ibarət olmayacaq. Qurupda ifaçılardan əlavə ansambl və solistlər də olacaq. 15 nəfərə yaxın yaradıcı heyyətlə birgə çalışacam. Düzdür tərkibi hələ tam dəqiqləşdirilməyib. Bu ilin sentyabr ayında " Bir könüldən..." verlişim yenidən yayımlanandan sonra həmin qurpla bir fəalliyət göstərəcəm. Qurupda çıxış edən ən gənc ifaçı 20 yaşlı oğlum olacaq. Qurp üzvləri seçilməsə də, lakin onun iştiraki dəqiqdir. Bunu ilk dəfə mövqe.az saytına açıqlayıram.

Sizin Reklam Yeriniz