Əlaqə Arxiv
news Image
2013.06.18
12:47
| A A A
Mübariz İbrahimovun şəhid olduğu gündür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür...

Mövqe.az xezerxeber.com-a istinadən xəbər verir ki, Milli qəhrəmanımız üç il əvvəl iyunun 18-dən 19-na keçən gecə şəhid olub.

Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Bir neçə erməni hərbçisini öldürən və yaralayan hərbçimizin meyidini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi.

Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb.

Sizin Reklam Yeriniz