Əlaqə Arxiv
news Image
2013.06.19
08:54
| A A A
Mənzillərin qiymətində sensasiya doğuracaq artım gözlənir?!
Bunun hansı səbəbdən baş verəcəyi barədə maraqlı fikirlər səslənir

Ölkənin daşınmaz əmlak bazarında qiymət artımının yaşandığı və bunun sürətli xarakter alması barədə məlumatlara indi daha çox rast gəlmək mümkündür. Lakin indi məsələ ilə bağlı ekspertlər daha həyəcanlı proqnozlar verərək mənzil bazarında əsl qiymət artımının bundan sonra yaşanacağını qeyd edirlər.

Hətta yeni qiymət artımlarını sensasiya xaratkeri daşıyacağını bildirənlər də var. "Əmlab Bazarı İştirakçıları" İctimai Birlyinin icraçı direktoru Ramil Osmanlı bu xüsusda bildirib: "Ehtimal ki, bu ayın fonunda bizim dərc olunacaq hesabatımız ölkənin daşınmaz əmlak bazarında sensasiya yaradacaq". O, detalları açıqlamasa da, qeyd edib ki, təkrar bazarda baş verənlər, təkcə alıcı və satıcılarda yox, həm də bu sahə üzrə ekspertlərdə böyük təəccüb yaradıb: "Məlum olduğu kimi təkrar bazarda alqı-satqı əməliyyatlarının dövriyyəsi kifayət qədər yüksəkdir. Lakin bu zasan həyata keçrilən əməliyyatlarda nağd alış-verişlə, ipoteka arasında ciddi bir fərq var. Məsələ burasındadır ki, əgər siz əmlakı nağd pula alırsınızsa, onu, sabah yenidən satışa çıxaar bilərsiniz. Lakin mənzil ipoteka krediti ilə alınırsa, onda o, ən azı 20 il bazarda satış üçün yenidən peyda olmur. Çünki qanunvericilik buna imkan vermir, ipoteka kreditinin qatytarılması prosesi bunu əngəlləyir". Bu fonda ekspert maraqlı bir açıqlama da verərək vurğulayır ki, bu gün təkrar bazarda alış-veriş əsas etibarı ilə məhz ipoteka kreditləşməsi hesabına aparılır: "Bu mənada nəzərə almaq lazımdır ki, bu gün alınan mənzillərin əsas hissəsi azı 20 il təkrar bazarda olmayacaq. Bu isə təklifin kəskin azalmasına gətirib çıxaracaq, nəticə etibarı ilə mənzillərin qiyməti yüksələcək".

Yeri gəlmişkən onu da bildirək ki, daşınmaz əmlak bazırnda bundan sonra daha çox sayda mənzilin məhz ipoteka kreditləşməsi ilə satlıması gözlənir. Belə ki, bir neçə gün əvvəl Azərbaycanda gənclər üçün sosial ipoteka ilə bağlı hazırlanan yeniliklər açıqlanıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, sosial ipoteka ilə bağlı təkliflərə görə, gənc ailələrlə yanaşı, digər gənclər də ipotekadan yararlana biləcəklər: "Lakin gənc ailələr üçün yaş həddi 35 yaş müəyyənləşirsə, gənclər üçün bu yaş həddi 29-dək şamil ediləcək".

Nazir müavini qeyd edib ki, təkliflərə görə, ipoteka alacaq gənclərin və gənc ailələrin kateqoriyalarının artırılması da nəzərdə tutulur və burada məqsəd ondan ibarətdir ki, həm ipotekanın məbləği artırılsın, həm də ipoteka alacaq gənclərin əhatəsi genişlənsin: "Hazırda sosial ipoteka üçün ayrılan vəsait bütün gənc ailələrin mənzil problemini əhatə etmir. Eyni zamanda, bir gənc üçün ayrılan vəsait azdır. İpoteka kreditinin həcmi 35 min manat idi, sonradan 50 min manata qaldırıldı, indi isə bu məbləğin 70 min manata qaldırılması gözlənilir".

Sosial ipotekanın faiz dərəcəsi ilə bağlı məsələyə toxunan nazir müavini bildirib ki, hazırda sosial ipoteka illik 4 faizlə müəyyənləşdirilib və bu rəqəmin xeyli azaldılacağını hesab etmir.

Mənzillərin bahalaşmasının səbəblərinə gəlincə isə ekspertlər bildirir ki, əvvəlcədən qiymətlərin artımı barədə məlumatların səsləndirilməsi də müəyyən rol oynayır. Daşınmaz əmlakın qiymətinin artacağı barədə proqnozlardan sonra əhali daha tez mənzil almağa cəhd edir ki, bu da öz növbəsində tələbin artmasına və bahalaşmaya səbəb olur.

Paytaxtda hələ də evsiz insanların çoxluğu və son illər Bakı şəhərinə işçi axını mənzillərə olan tələbi artırıb. Tələb yüksək olduğu üçün də qiymətlər bahalaşır. İkinci səbəb isə regionda işgüzarlıq aktivliyinin yüksəlməsidir. İnsanların maddi vəziyyətlərinin yaxşılaşması, pul kütləsinin artımı qiymətlərin bahalaşmasına təsir edir. Digər tərəfdən, xarici vətəndaşlar Azərbaycana maraq göstərir və burada investisiya yatırır. Həmin pul kütləsinin də bir hissəsi daşınmaz əmlak bazarına yönəlir və bahalaşmaya zəmin yaradır. Dünyada baş verən qiymət artımı da daşınmaz əmlak bazarına təsirsiz qalmır.

Onu da qeyd edək ki, tikinti şirkətlərinin özləri də qiymət artımında maraqlı deyil. Mənzillər bahalaşdıqca onların satışı azalır. Qiymət artımı ilə bağlı Azərbaycan üçün xarakterik olan cəhətlərdən biri qalxan qiymətlərin ucuzlaşmaya az meylli olmasıdır.

Sizin Reklam Yeriniz