Əlaqə Arxiv
news Image
2013.06.20
17:08
| A A A
Yarasız məhsulların yaratdığı təhdid hələ sovuşmayıb
Vüqar Bayramov: «Bu halların Cinayət Məcəlləsinin subyekti kimi qanunvericilikdə əks etdirilməsinə ehtiyac var»

Rəşad Həsənov: "Bunun kütləviliyinin qarşısını almaq üçün adminstrativ tədbirlərlə yanaşı, istehlakçıların məlumatlandırılması, məlumatlandırıcı addımlar atıla bilər"

İstehlakçılara birbaşa aidiyyatı olan tez-tezrast gəlinən məlumatlardan biri satışda yararsız məhsulların olması ilə bağlıdır. Düzdür, müvafiq dövlət qurumları buna qarşı mübarizə aparsalar da, dövriyyədəki yararsız mallar satışdan çıxarılsa da, problemi kökündən tam həll etmək hələ mümkün olmayıb.

İqtisadçı-ekspert Vüqar Bayramov Mövqe.az-a açıqlamsında bununla əlaqədar bildirir: "İnsansağlamlığına ziyanlı olan məhsulların satışı qadağa olunub. Qanunvericiliklə qadağan edilməsinə baxmayaq, hələ də bazarlarda yararsız məhsulların satışına rast gəlinir. Problemin qarşısının alınması isə yalnız qanunvericiliyin təkmilləşməsi və ya yeni qanunvericiliyin qəbul edilməsi ilə bağlı olan məsələ deyil. Onu da nəzərə almaq lazım gəlir ki, heç də həmişə ticarətçilər qoyulan şərtlərə əməl etmirlər. Onlar həmişə gəlir çox əldə etmək üçün yararsız malları belə bazara çıxarır.

Bunun qarşısını almaq üçün qanunvericiliyin təkmilləşməsi isə ondan ibarət ola bilər ki, belə neqativ hallar baş verən zaman insan sağlamlığı üçün təhlükəli mallar aşkar edildikdə yalnız cərimələr tətbiq edilməsin. Eyni zamanda mövcud qaydalara uyğun olaraq bu halların Cinayət Məcəlləsinin subyekti kimi qanunvericilikdə əks etdirilməsinə ehtiyac var. O tip məhsulların bazarlardan tam yığışdırılması üçün cərimələrin məbləğinin də artırılmasına ehtiyac var. Vətəndaşların həyatı üçün təhlükə yaranırsa, mütləq cinayət işi açılmalı və nəzarət gücləndirilməlidir. Bu halda yararsız məhsullarda bir dəfəlik sıradan çıxa bilər. Yararsız məhsulların bazardan bir dəfəlik yığışdırılması üçün kompleks şəkildə iş aparılmalıdır".

Digər iqtisadçi-ekspert Rəşad Həsənov isə bildirir: "Aidiyyatı qurumlar tərəfindən vaxtaşırı həyata kecirilən reydlərə baxmayaraq, istehlak bazarlarında standartlara cavab verməyən və yaxud vaxtı keçmiş, insan orqanizmi üçün yararsız hesab edilən məhsullar kifayət qədərdir. Problemin kökündən həll edilməsi isə indiki halda mümkün deyil. Çünki, ölkəyə daxil olan keyfiyyətsiz məhsullarla yanaşı, ölkədaxili istehsal da mövcuddur ki, bu da yararsız məhsul dövriyəsinin əsas amillərindən hesab edilir.

Son zamanlar iri supermarketlərin yaranması bu sahədə vəziyyəti nisbətən müsbətə doğru dəyişib. Belə ki, bu tip ticarət obyektləri yararzıs məhsulların dövriyədən çıxarılmasını təşkil edir ki, nəticədə daha güvənli istehlak mühitinin formalaşmasına xidmət göstərmiş olur. Yaxud dövlətin istehlaka mallarına nəzarət ququmlarının keçirdiyi reydlər və bu zaman sahibkarlara tətbiq edilən inzibati cərimələr də yararsız məhsulların dövriyəsinin azalmasında rol oynayır.

Lakin yararsız məhsulların dövriyəsinin tamamilə aradan qaldırılması mümkün deyil. Cünki, bu məsələ dövri xarakter daşıyır. Bir cox hallarda sahibkarın və yaxud da satıcının diqqətsizliyi vaxtı keçmiş malların vitrinlərdə qalmasına və bəzən isə alıcının səhlənkarlığı səbəbindən istehlakına yol açır. Bunun kütləviliyinin qarşısını almaq üçün adminstrativ tədbirlərlə yanaşı, istehlakçıların məlumatlandırılması, dövriyəyə yararsız məhsullar barəsində informasiyaların mətbuat vasitəsi ilə yayımı və s. məlumatlandırıcı addımlar atıla bilər. Bir cox hallarda xaricdən gətirilən məhsulların üzərində dövlət dilində məlumatların yerləşdirilməsi gözardı edilir ki, bu da istehlakçının informasiya almaq hüququnun pozulmasına yol acır. Yəni, məhsulların satışının qarşısını almaqla yanaşı, alışını əngəlləyəcək tədbirlər də görülməlidir. Məlum məsələdir ki, alınmayan məhsulun istehsalı və yaxud satışı iqtisadi mənfəət gətirməyəcək ki, nəticədə problemin böyük qismi öz-özlüyündə həll edilmiş olacaq".

Sizin Reklam Yeriniz