Əlaqə Arxiv
news Image
2013.06.21
19:09
| A A A
“Şeron” hədiyyə aldığı mahnını 15 min dollara oranjman etdirəcək-ÖZƏL
Bu yaxınlarda bir neçə hit mahnı ilə aləmə səs salan "Şeron" qrupu yeni mahnılar hazırlayır. Bu barədə qrupun mətbuat katibi Ceyhun Məhərrəmov Mövqe.az-a açıqlama verib: "Bəli, "Şeron" qrupu artıq Nazim Məmmədovdan 2 mahnı alıb. Həmin mahnıları "Şeron" qrupu ifa da eləyib. 
Ancaq hazırda mahnılar oranjman üçün Türkiyəyə göndərilib. Qeyd edim ki, hər iki mahnının oranjmanı 15 min dollara başa gəlir. Hər iki mahnı hitdir və sentyabrda efirə veriləcək. Çox gözəl lirik mahnılardır. Sözləri və musiqisi Nazim Məmmədova aiddir. Onu da açıqlayım ki, "Şeron"a bu mahnılar musiqi müəllifi tərəfindən hədiyyə olunub".
Sizin Reklam Yeriniz