Əlaqə Arxiv
news Image
2013.06.22
08:07
| A A A
Cənub sərhədimizdə nüvə təhdidi yenidən baş qaldırdı
İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyi növbəti dəfə aktiv müzakirə predmetinə çevrilib

İranda keçirilən son prezident seçkilərindən sonra maraq doğuran məsələlərdən biri də bu ölkənin nüvə proqramı ilə ilgili məsələnin necə olacağıdır. Belə ki, İranda mötədil Həsən Ruhaninin qalib gəlməsindən sonra belə ümid yaranıb ki, Tehran nüvə proqramından imtina edəcək.

Ruhani özü isə ilk mətbuat konfransında İranın uran zənginləşdirilməsi hüququnun tanındığı təqdirdə, ABŞ-la köhnə yaraların sağaldılacağına,sanksiyalar ləğv edilsə,Qərblə konstruktiv əməkdaşlığa söz verib. Bir çoxları üçün bütün bunlar onun sələfi Əhmədinejla müqayisədə böyük dəyişiklik kimi səslənə bilər.

Prezident Barak Obama Amerika Birləşmis Ştatlarının İranla mubahisəli nüvə proqramı ətrafında yeni danısıqlara hazır olduğunu deyib. O deyib ki, İran beynəlxalq sanksiyaların nüvə silahı istehsalı etdiyi ilə bağlı narahatlıqları aradan qaldırmayana qədər davam edəcəyini anlamalıdır. Cənab Obama həmçinin vurğulayıb ki, prezident seckilərində mötədil din xadimi olan Həsən Ruhaninin seçilməsi İran xalqının yeni istiqamətdə hərəkət etmək və beynəlxalq ictimaiyyətlə daha pozitiv bir şəkildə əlaqələr yaratmaq istədiyini nümayiş etdirir.

Lakin İsrailin baş naziri Benyamin Netanyahu ümidli görünmür: "İrana güclü təsir göstərməklə nüvə proqramına son qoymaq olar. Bu və ya digər yolla nüvə proqramı dayandırılacaq". Bu isə o deməkdir ki, İranın hər zaman nüvə obyektlərinə İsrail tərəfindən zərbə endirilə bilər. İsrail və Qərb ölkələri illərdir İranı uran zənginləşdirilməsi proqramını dayandırmağa çağırır. Aşağı səviyyədə zənginləşdirilmiş urandan nüvə elektrik stansiyalarında istifadə edilir, lakin yüksək səviyyədə zənginləşdirilmiş uran nüvə bombasının hazırlanması prosesinin ayrılmaz tərkib hissəsidir. Xatırladaq ki, uran zəngiləşdirilməsi proqramını dayandırması məqsədilə Tehrana təzyiq göstərmək üçün BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar kimi ayrı-ayrı ölkələr də öz tərəfindən İranın neft və maliyyə sektorlarının hədəf alındığı ölçülər götürüb.

Bundan əlavə, bu il beynəlxalq ictimaiyyətlə iki raundda keçirilən danışıqlar da nəticə verməyib. Lakin bəzi təhlilçilər mötədil din xadimi Həsən Ruhaninin prezident seçilməsi ilə inkişaf əldə ediləcəyinə ümid bəsləyir. İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirir ki, beynəlxalq ictimaiyyət, onun ifadəsilə, düşündüyü kimi görmək istədiyi İran rəhbərliyi ilə danışıqlar aparmamalıdır. İsrail nüvə silahına malik İranı öz mövcudluğuna təhlükə hesab edir. İsrail hökuməti İranın nüvə bombası hazırlamadığına əmin olmaq üçün İranın nüvə obyektlərinə qarşı hərbi hücumlar keçirə biləcəyinə işarə edib.

Britaniyanın "Bredford" universitetində hərbi məsələlər üzrə təhlilçi Pol Rocers israillilərin mürəkkəb bir məsələ ilə qarşılaşdığını deyir: "İranlılar son illər nüvə obyektlərinin yerin altında, İsrailin hücum edə bilməyəcəyi dərinlikdə yerləşdirilməsi məsələsinə xüsusi diqqət veriblər. ABŞ Hərbi Hava Qüvvələrinin dərin bunkerləri dağıda biləcək sistemi var, amma bunu İsrailə germək istədiyinə heç bir işarə yoxdur. İsrailə orta dərinlikdə bunkerləri dağıda bilən sistem verilib, lakin bunun güclü o qədər də böyük deyil".

ABŞ-ın Milli Müdafiə universitetində hərbi ekspertTomas Hammes "Amerikanın səsi"nə açıqlamasında deyir ki, İranın hədəfləri tamamilə aydın müəyyən olmalıdır: "Bu, bizim bu obyektlərin harada olduğunu bildiyimizi deməyə əsas verir. Unutmayın, biz İraqa orada kütləvi qırğın silahlarının olduğuna əmin olaraq və onların harada saxlandığını bildiyimizə görə müdaxilə etmidşik. Biz sıfır faiz haqlı idik". Hammes ABŞ kəşfiyyatının qabiliyyətinin 10 il ərzində yaxşılaşdığı ilə bağlı sual verir. İraq, Əfqanıstan, Pakistan və Suriyada xidmət etmiş ABŞ-ın keçmiş səfiri Rayan Kroker deyir ki, hər hansı bir hərbi əməliyyat mütləq uğurlu olmalıdır:"Nüvə silahına malik İrandan daha pis vəziyyət o zaman ola bilər ki, bir, ya da bir neçə ölkə İranın nüvə silahına istehsalının qarşısını almaq üçün hərbi hücum keçib müvəffəqiyyətsizliyə uğraya". Massaçusets Texnologiya institutunda İranın nüvə proqramı üzrə ekspert Cim Valş İran əleyhinə hərbi əməliyyatın əks-təsiri ola bildiyini bildirir:"Hərbi hücumun arzuolunmaz bir nəticə verə biləcəyi ilə bağlı qorxu ondan ibarətdir ki, iranlılar hücumdan sonra "biz nüvə silahı istehsal edəyəcəyik" deyə bilərlər. Mənim fikrimcə, hücumdan sonra silah istehsal etmək qərarı veriləcək və bizim də indi ən çox istəmədiyimiz şey budur".

Bir sıra ölkələrin hökumətləri, eləcə də təhlilçilər İranın nüvə silahı istehsalının qaçılmaz olduğunu fikirləşir. Lakin Milli Müdafiə universitetinin professoru Tomas Hammes fərli baxışa malikdir: "Biz uzun müddət nüvə silahına malik Sovet İttifaqı ilə yaşayırdıq. İndi də, çox güman silaha malik Şimali Koreya və Çinlə bir yaşayırıq. Ona görə də nüvə silahlarının mövcudluğu hələ hansısa bir ölkə ilə əlaqə yarada bilməmək demək deyil. Mən başa düşə bilmirəm ki, nəyə görə nüvə silahına malik İran bu qədər təhlükəlidir".

Hammes deyir ki, əgər İran nüvə silahları istehsal etməyə başlasa və onlardan istifadə etmək qərarına gəlsə, İsrail yəqin ki ölkəni məhv edəcək. Təhlilçinin fikrincə, İsrail olmasa, bunu çox güman Birləşmiş Ştatlar edəcək. İranın nüvə obyektlərinə zərbə isə onun qonşuları, o cümlədən Azərbaycan üçün də ciddi təhlükə deməkdir.
Sizin Reklam Yeriniz