Əlaqə Arxiv
news Image
2013.06.22
10:58
| A A A
Deputatlar: "Rəksanə tərbiyəsizlik edib"-FOTOLAR
Nizami Cəfərov: "Əgər onun ümumilli liderimizə hörmət edirsə, bunu etməməli idi"

Aqil Abbas: "Onu tutub aparıb, harasına yazdırıbsa, sildirmək lazımdır"

Müğənni Rəksanənin qoluna Heydər Əliyevin adını yazdırması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, özü və ailə üzvlərinin adı insan alverində, həmçinin, digər qalmaqallı olaylarda hallanan müğənninin bu hərəkəti sərt tənqid edilir.

Mövqe.az Moderator.az-a istinadən xəbər verir ki,  Milli Məclisin Mədənəiyyət Məsələləri Komitəsinin sədri Nizami Cəfərov Rəksanəni bu əməlinə görə, qınayıb: "Rəksanənin Ulu Öndər Heydər Əliyevin adını qoluna döydürməsi tam səviyyəsiz, hətta mən deyərdim ki, tərbiyəsiz hərəkətdir. Onun bu hərəkəti qeyri-ciddi məişət səviyyəsidir. Əgər onun ümumilli liderimizə hörmət edirsə, bunu etməməli idi. Rəksanə gedib dədəsinin adını oraya yazmalı idi".

Millət vəkili Aqil Abbas isə Moderator.az-a açıqlamasında bildirib ki, Rəksanəni tutub cəzalandırmaq lazımdır: "Onu tutub aparıb, harasına yazdırıbsa, sildirmək lazımdır. Rəksanə olmasın başqası olsun. Bu tərbiyəsizlikdir. Axı o kimdir? Kim icazə verib ona?".


Sizin Reklam Yeriniz