Əlaqə Arxiv
news Image
2013.06.22
11:23
| A A A
Yayın hitlərini onlar oxuyacaq-Eksklüziv

"Şeron" qrupundan təzə xəbərlər var.Qrupun mətbuat katibi Ceyhun Məhərrəmovun Mövqe.az saytına bildirdiyinə görə, onlar 2 yeni mahnı üzərində işləyirlər. Sentyabr ayında həmin mahnılar dinləyicilərə təqdim olunacaq. Bundan əlavə sözləri Azər Şirinə, musiqisi isə Rəşad Bağırova məxsus olan "Aləm bizdən danışır" adlı lirik mahnıya tezliklə klip çəkiləcək: "Bəli, "Aləm bizdən danışır" mahnısına klip çəkdirməyi düşünürük. Gələn ay bu mahnıya klip çəkilməyə başlayacaq. Klipi rejissor Rəhman Vəliyev ya da ki, Anar Hüseynov çəkəcək. Hələ ki, rejissor dəqiqləşməyib. Bizim sonuncu klipimiz Türkiyədə çəkilib. Sosial şəbəkədə həmin klipə bir milyondan artıq baxış olub. "Aləm bizdən danışır" mahnısına klipi isə Azərbaycanda çəkiləcəyini düşünürük. Başqa ölkəyə gedib, əlavə vəsait xərcləməyə düşünürəm ki, heç bir ehtiyac yoxdur. Şükür Azərbaycanda hər bir şərait var. Bu mahnı hitdir, klipi də mahnıya uyğun səviyyədə çəkilməlidir".

Sizin Reklam Yeriniz