Əlaqə Arxiv
news Image
2013.06.24
14:55
| A A A
Ayı təhlükəsinin yeni şok təfərrüatları üzə çıxır-Özəl- Fotolar
Yolçu Xanvəli: «Əgər ayının başı bizə gətirilsəydi, tam dəqiq infomasiya verə bilərdik»

Dünən gecə Şamaxı rayonunda ayının iki nəfərə hücumu ilə nəticələnən hadisə hələ də geniş müzakirə olunan əsas mövzular sırasında yer alır. Son illərdə analoji hadisənin baş vermədiyi nəzərə alınarsa, vəhşi heyvanın insanlara birdən-birə belə hücumu təəccüb doğurur. Bel əfikirlər də səslənir ki, ayı restoranların birində saxlanırmış və oradan qaçıb.


Dövlət Baytarlıq Xidmətinin mətbuat Xidmətinin rəhbəriYolçu Xanvəli Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: " İndilik, ayının 2 insanı parçalaması və bunun səbəbləri haqqında dəqiq bir açıqlama verə bilmirik. Ola bilər quduzluq yayılsın. Bu halda insanlar üçün təhlükə yarada bilən durum ortaya çıxa bilər. Çox təəssüf ki, ayı tutulmayıb. Əgər ayının başı bizə gətirilsəydi, tam dəqiq infomasiya verə bilərdik. Heyvan özü tutulmadığı üçün min bir təhlükə ola bilər.


Qaldı ki, ayının restorandan qaçıb-qaçmaması məsələsinə ola bilər ki, həmin ayı yaxınlıqdakı restoranların birindən qaçıb, heç meşədən gəlməyib".




Sizin Reklam Yeriniz