Əlaqə Arxiv
news Image
2013.06.24
19:55
| A A A
Müğənnilərimizin böyüyən konsert problemi…
Samir Piriyev: «Bizimkilər toydan başqa heç nə fikirləşmirlər» Gülüstan Əliyeva: «Bizim insanlar qıraq-bucaqdan gələn müğənnilərə daha çox maraq göstərirlər»

Konsert üçün Bakı səhnələriən üz tutan əcnəbi müğənnilərin dinləyici sarıdan korluq çəkmədiyi danılmaz həqiqətdir. Onların hər konsertinin böyük anşlaqla keçdiyi də heç kimə sirr deyil. Lakin təəssüf ki, eyni sözləri indi Azərbaycan şou-biznesində ən parlaq simalar kimi təqdim edilən yerli müğənnilərimiz barədə söyləmək mümkün deyil. Buna münasibət bildirən müğənni Samir Piriyev Mövqe.az-a açıqlamasında qeyd edir: "Əcnəbi müğənnilərdə olan səslənmə, dinamika, rejissorluq, səs rejissorluğu bizimkilərdə yoxdur. Bunu etiraf etmək lazımdır. Bizimkilər toydan başqa heç nə fikirləşmirlər. Amma onlar konsert verməyə artıq adaptasiya olublar. Onlar toyda da konsertdəki kimi oxuyurlar. Lakin bizim müğənnilərimiz toya gedirlər, diski taxıb yarım saat oxuyurlar, 10 min alıb, qoyurlar ciblərinə... Nə qədər ki, bizimkilər toyu fikirləşəcəklər, o qədər də bizdə konser vermək olmayacaq. Çünki bizim müğənnilərimiz, musiqiçilərimiz not bilmir. Konsert etmək türklər üçün asandır. Hazırlıq üçün onlara bir-iki gün bəs edir. Amma bizimkilər aylarla-illərlə hazırlaşırlar, nə var, nə var bir gün konsert verəcəklər. Not bilən, not yazan yoxdur. Ona görə o effekti ala bilmirik. Bəzi mmüğənnilər deyir ki, bizim tamaşaçı belədir də, başqasına qaça-qaça gedir, özümüzkülərə qiymət vermir. Bu, yanlış fikirdir. Eşidin, inanmayın. O sözü deyənlər boş-boş danışır. Bizim tamaşaçının da zövqü var da...Zövqlü insan da pul xərcləyirsə, zövqlü musiqi, zövqlü performans istəyir görsün. Əgər hər hansı bir müğənni toyda göstərdiyi performansı konsert zamanı təkrar edəcəksə, kimin nəyinə lazımdır onun verdiyi konsert?!"

Müğənni Gülüstan Əliyeva isə bildirir: "Bizim müğənnilər onlardan yaxşı oxuyur. Sadəcə təşkilatçılıq zəifdir. Əcnəbi müğənniləri gətirən təşkilatçılar öz işlərini yaxşı bilir. Onlar xarici müğənnini pulla gətirirlər deyə, ona görə də onun təşkilati işlərini çox düzgün, yerli-yataqlı qura bilirlər. Ona görə də biletlər lap yaxşı satılır, konsertləri də anşlaqla keçir. Bizim insanlar da qıraq-bucaqdan gələn müğənnilərə daha çox maraq göstərirlər. Bu həmişə belə olub özümüzkülərə dəyər vermirik. Onu da deyim ki, bu, təkcə müğənnilərə aid deyil, hər bir sahədə belə ədalitsizliklər olur".


Sizin Reklam Yeriniz