Bakı möhtəşəm moda şousuna hazırlaşır-EKSKLÜZİV
Aqil Məmiyev: «Moda göstərişi zamanı iştirak edəcək qız və oğlan modellərin seçim turu davam edir»
Mövsümlə əlaqədar olaraq paytaxt Bakıda bir-birindən maraqlı şou- proqramlar başlayır və səhərə kimi davam edir. Mövqe.az-ın məlumatına görə, yaxın zamanda paytaxt sakinlərini
yeni möhtəşəm şou gözləyir. Hələlik " Fashionmonde"
adlandırılacaq gecə üşün hazırlıq prosesləri gedir. Gecənin
möhtəşəmliyi üçün müxtəlif və ən gözəl modellərin seçim turu davam
edir. Bu barədə daha ətraflı öyrənmək üçün "Diamond Organization
& Agency"nin direktoru Aqil Məmiyevə müraciət etdik.
Onun Mövqe.az-a eksklüziv açıqlamasına
görə, şou avqust ayının ilk həftəsinə təsadüf edəcək: "Tədbir 3
hissədən ibarət olacaq. Açılışı konsert proqramı ilə edəcəyik. Daha
sonra gözəl və istedadlı modellərimiz moda göstərişi təqdim
edəcəklər. Sonda isə səhərə kimi diskoteka və müxtəlif əyləncəli,
erotik şou göstəriləcək. Moda göstərişi zamanı müxtəlif və populyar
brendlərin təqdimatı olacaq. Hal-hazırda isə moda göstərişi zamanı
iştirak edəcək qız və oğlan modellərin seçim turu davam
edir".
Aqil Məmiyev açıqlamasında onu da bildirib ki, tədbirin VIP biletləri yalnız sənət adamlarına, media və televiziya işçiləri üçün nəzərdə tutulub. Biletlər gələn aydan satışa çıxarılacaqdır.
Nəzərinizə çatdıraq ki, konsertin informasiya dəstəkçisi Movqe.az saytıdır.