Əlaqə Arxiv
news Image
2013.06.25
23:50
| A A A
"Şeron" qrupu etiraz etdi...

Bu gün BMM-də saat 16: 00-da Şeron qrupunun etdiyi mətbuat konfransı keçirilib.Mövqe.az xəbər verir ki, qrup üzvləri "Susma" mahnınısına çəkilən rolikin ictimaiyyətdə səs-küyə səbəb olmasından danışıblar. Qrup üzvləri rolikin Xocalı Soyqrımı üçün oxunduğunu qeyd ediblər. Daha sonra isə qrupun mətbuat katibi özəl olaraq mövqe.az keçirilən konfrans və danışılan hadisələr barədə fikirlərini bildirib: Gördüyünüz kimi, "Susma" mahnısına qarşı etiraz olmadı. Sadəcə "Şeron qrupu mahnıya çəkilən klipə etiraz etdilər. O da ki, Hüseyn Abdullayevin " Şeron"a deməmiş həmin mahnıya klip çəkdirməsi ilə əlaqədar olub. Mətbuat konfransı 1 saat davam etdi və biz demək istədiklərimizi dedik".

Qeyd edək ki, konfransda media nümayəndələrinin əksəriyyəti çıxış edib. Konfrans zamanı "Şeron" qrupu yeni işlərindən, çəkdirəcəkləri klipdən, yeni orenjman etdirəcəkləri mahnılar haqqında da ətraflı danışıblar.

Sizin Reklam Yeriniz