Dünyada terrorun əsasını ermənilər qoyub
“Liviya ilə bağlı qətnamə qəbul olunan kimi də icra edildi”
"Dünyada terroru yaradan ermənilər olub. Düzdür,
terror çox yerdə var. Amma bu pis əməlin əsasını ermənilər qoyub". Bunu
"Dağlıq Qarabağın Azərbaycanlı
İcması" İctimai
Birliyinin sədri Bayram Səfərov deyib. O,
Azərbaycan torpaqlarının
erməni işğalından azad olunması ilə
bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə
yetirilmədiyini tənqid edib: "Amma Liviya ilə bağlı qətnamə qəbul olunan kimi də
icra edildi". B. Səfərov onu da bildirib ki, Azərbaycan
prezident İlham Əliyevin gücü
ilə BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilib və hazırda bu
quruma sədrlik edir.