35 yaşlı qadın borc üzündən canına qıydı
Gəncədə 35 yaşlı qadın intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi
Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə,
Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü G.İsayeva sirkə turşusu
zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olub.
Həkimlərin səyi nəticəsində 35 yaşlı qadını xilas etmək olub. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, G. İsayeva pul aldığı şəxsə borcunu ödəyə bilmədiyi üçün sirkə turşusu içərək intihar etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.