Əlaqə Arxiv
news Image
2013.07.16
09:03
| A A A
Sənədsiz evlərə görə hələ də dövlət büdcəsi milyonlar itirir
Belə evlərin qeydiyyata alınması proseduru isə uzadılır

Sənədləri qaydasında olmayan, müvafiq icazələr alınmadan inşa edilən evlərin neə vaxt qeydiyyata alınacağı hələ də aktuallığını qoruyan məsələlər sırasında yer alır. Xatırladaq ki, Prezident İlham Əliyev 9 mart 2011-ci il tarixli Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki yekun nitqində əhalini narahat edən qanunsuz tikintilər barədə aidiyyəti üzrə müvafiq orqanların rəhbərlərinə göstəriş verib.

O vaxtdan indiyə qədər sənədləşmə işlərinin uzanması hələ də problemin həllinə imkan vermir.

Qanunsuz tikililərin əksəriyyəti yaşayış evləridir. Bu tikililərin böyük hissəsi Bakıda, Bakı ətrafında, Abşeron yarımadasında inşa edilib. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda, o cümlədən də Bakı və Bakı ətrafında təxminən 500 min sənədsiz ev var. Məsələnin maliyyə tərəfi isə hər zaman xüsusi aktuallıq doğurur. Məsələ burasındadır ki, ota hesabla götürsək, qeyj olunan evlərin rəsmiləşdirilməsi ilə onların hər birindən ildə orta hesabla 100 manata yaxın əmlak vergisi almaq mümkündür ki, bu da ölkə büdcəsi üçün ildə təxminən 50 milyon manata yaxın əlavə vergi daxilolması deməkdir. Lakin qeydityyatın hələ də uzanması əvvəlki kimi büdcəni bu pullardan məhrum edir. Bakı Şəhər İcra Hakimiyyəti isə sadəcə bəyan edir ki, sənədsiz evlərin ümumi siyahısı hazırlanır və bu məsələyə müvafiq komissiya baxır. Siyahılar tam hazır olandan sonra Nazirlər Kabinetinə veriləcək və siyahılara orada baxılacaq. On ud axatırladaq ki, ötən ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb.

Onu da bildirək ki, Azərbaycanda fərdi yaşayış evlərinin sənədsiz olması onların elektrik enerjisi, içməli su, təbii qaz kimi kommunal xidmətlərlə təchizatında demək olar ki, problem yaratmır. Yəni, kommunal qurumlar yeni abunəçilər qazanmaqda və əlavə gəlir əldə etməkdə maraqlı olduqlarından istənilən yeni tikilmiş evin sakinlərinə xidmət göstərir. Elə bu amil də insanlarda evin sənəd məsələsinin qaydaya salınmasını inşaat prosesində çox vaxt arxa plana keçirir.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinə əsasən bütün mənzillər əmlak vergisinə cəlb edilməlidir: Amma sənədsiz evləri əmlak vergisinə cəlb etmək mümkün olmur. Düzdür, vergi qanunvericiliyə əsasən 5 min manata qədər olan evlərdən əmlak vergisi tutulmur. Amma dəyəri 5000 manatdan artıq olan evlərdən inventar dəyərin 0.1 faizi həcmində əmlak vergisi tutulur. Praktiki olaraq nəzərə alsaq ki, Bakı ətrafındakı evlərin hamısının inventar dəyəri 5 min manatdan artıqdır, o baxımdan əslində bu evlərin hamısının əmlak vergisinə cəlb edilməsi vacibdir. Lakin bunu nüçün də həmin evlərin sənədləri olmalıdır.

Digər tərəfdən belə evlərin əmlak vergisinə cəlb edilməməsinin səbəbi onunla bağlıdır ki, həmin evlərin rəsmi sənədi olmadığından onların inventar dəyərini hesablamaq mümkün olmur. Çünki, Azərbaycan qanunvericiliyinə əsasən, inventar dəyərin hesablanması mənzilin rəsmi sənədlərinə əsasən həyata keçirilir. Sənədsiz evlərin inventar dəyəri hesablanmadığı üçün əmlak vergisinə də cəlb edilmir. Əmlak vergisi də konkret rəqəmdən ibarət olmur. Ona görə də daha məqsədəuyğundur ki, bütövlükdə sənədsiz evlərin rəsmiləşdirilməsi həyata keçirilsin. Çünki, evlərin rəsmiləşdirilməməyi ona gətirib çıxarır ki, onların bir qismi əmlak vergisi ödəmir və dövlət büdcəsindən yayınmalar olur.

Qeyd edək ki, sənədsiz evlərin qeydiyyatı istiqamətində qanun layihəsi də hazırlanıb. İlkin layihə "Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında" adlanır. Layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir. Həmçinin, sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir. Neft hasilatına yararlı ərazilərdə neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq. Ümumilikdə 10 maddədən ibarət layihədə qanuniləşdirilməsi mümkün olan və olmayan evlərin, torpaq sahələrinin dəqiq siyahısı göstərilib.

Sizin Reklam Yeriniz