Rafet El Roman Bakı hava limanında: “Möhtəşəm olacaq!”-FOTOLAR
Türkiyənin tanınmış estrada ulduzu Rafet El Roman və azərbaycanlı
müğənni Ezo artıq küləklər şəhəri Bakının qonağıdırlar. Bu gün saat
13:30-da Heydər Əliyev adına Hava Limanında Bakıya ayaq basan
qonaqlar sabahkı konsertin hazırlığına başlayıblar.
Mövqe.az-ın məlumatına görə, hava limanında jurnalistlərin suallarını cavablandıran müğənni Rafet El Roman konsert zamanı Azərbaycan mahnıları da oxuyacağını və möhtəşəm bir konsert proqramının planlandığını deyib.
Türkiyəli müğənni həmçinin sevgilisi Cerenlə birgə olduğunu da söyləyib.
Konsertin təşkilatçısı Nahid Emiloğlu isə bildirib: "Sabah Rafet El Roman və Ezo ATV-nin "Gün keçir" verlişinə çıxacaqlar. "Romantik yay axşamı" konsertinin aparıcısı Nanə Ağamalıyeva, konsertin fəxri qonağı isə Aygün Kazımovadır. Qonaqlarımız artıq paytaxta gəliblər, Bakıdadırlar, dincəlirlər. İnşallah, iyulun 19-u səhər hər ikisi konsertdən sonra Türkiyəyə qayıdacaqlar".
Xatırladaq ki, "Romantik yay axşamı" adlı konsert iyulun 18-də saat 20:00-da Yaşıl Teatrda keçiriləcək. Biletlərin qiyməti 20-80 AZN-dir. Konsertin informasiya dəstəkçisi mövqe.az saytıdır.