Nə qədər təəssüfdoğurucu hal olsa da Suriyada baş verən məlum qanlı olaylar digər ölkələrə də təsirsiz ötüşmür. Bu ölkələr sırasında Azərbaycan da yer alır. Düzdür, Suriya hadisələri ölkəmizə birbaşa tsir etmir. Bu təsir özünü yalnız bir formada büruzə verir ki, bu da döyüşmək üçün Suriyaya üz tutan azsaylı azərbaycanlılarla bağlıdır.
Araşdırmalar belə şəxslərin daha çox vəhhabiliyə qəbul edən soydaşlarımzın olduğuun üzə çıxarır. Məsələni aktuallaşdıran növbəti məqam isə Tərtər rayon sakini Ənvər Zeynalovun Suriyada öldürülməsi oldu. Azad Suriya Ordusunun tərkibində döyüşən Ənvər Zeynalovun cənazəsini Azərbaycana gətirmək mümkün olmayıb. Mərhumun yaxınları Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir nəticə alınmayıb. Sonda Ənvər Zeynalov elə Suriyada dəfn edilib.
Tərtər rayonunda isə mərhumun yas məclisi təşkil olunub. Tərtər Rayon Polis Şöbəsinin sahə rəisi Şahin Hüseynov "moderator" portalına açıqlamasında faktı təsdiqləyib. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə qeyd edir ki, Azərbaycanın hazırda Suriyada səfirliyi yoxdur və bundan öncə səfirliyin fəaliyyəti dövründə orada yaşayan azərbaycanlılar barədə dəqiq məlumatlar əldə etmək mümkün idi: "Suriyada vəziyyət gərgin olaraq qalır. Buna görə də Azərbaycanın Dəməşqdəki diplomatik missiyası öz işini dayandırıb və hələlik Beyrutda öz fəaliyyətini davam etdirir. Diplomatik missiya aydınlaşdırma istiqamətində işlərini davam etdirir və Suriyada döyüşdüyü ehtimal olunan azərbaycanlıların ölkəmizin vətəndaşları olub-olmadığını araşdırır".
Onun sözlərinə görə, Azərbaycanın Suriyadakı səfirliyi ölkəni tərk edərkən, konsulluq şöbəsində qeydiyyatda olan Azərbaycan vətəndaşların Suriyadan evakuasiya edilməsi istiqamətində addımlar atıb: "Konsulluq şöbəsində olan vətəndaşlar Suriyadan evakuasiya edildikdən sonra bizim diplomatik nümayəndəliyimiz də bu ölkəni tərk edib. Suriyada vəziyyətin gərgin olmasını nəzərə alaraq, ayrı-ayrı insanlarla bağlı vəziyyəti öyrənmək çətindir". Tərətər rayon Polis İdarəsinin rəis müavini Məhərrəm Hüseynovun açıqlamalarından isə belə məlum olur ki, Ənvər Zeynalov ölkəni tərk edərkən ilk olaraq Türkiyəyə üz tutub. Lakin onun bura hansı məqsədlə getməsi məlum olmayıb. Ənvərin qardaşı Ceyhun onun gedişi barədə bildirib ki, Ənvər Suriyada gedəcəkləri haqda onlara məlumat verib: "Suriyaya getdiyini ancaq mənə və bəzi dostlarına dedi. Valideynlərimizdən gizli saxladı. İstəmirdi ki, onlar narahat olsunlar. Məndən başqa hər kəs elə bilirdi ki, Türkiyədə işləyir". Ümuiyyətlə, Suriyaya yola düşən azərbaycanılları tranzit keçid kimi Türkiyədən istifadə edirlər və onlar əsas etibarı ilə vəhhabilərdir. Xatırladaq ki, ötnə həftə Qusardan olan 4 nəfərin də Suriyada həlak olmasına dair məlumatlar yayılmışdı. Lakin bu, rəsmi şəkildə təsdiqini tapmayıb.
Qeyd edək ki, bu ilin əvvəllərində Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştirak edən Azərbaycan vətəndaşının videosu yayılmışdı. "Youtube"da yayımlanan videoda mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırdı. Hətta həmin vaxt Suriya mücahidlərinə qoşulan Rəşad adlı bu şəxsin atası Zəkəriyyə Məmmədov isə ANS-ə açıqlamasında maraqlı fikirlər səsləndirmişdi: "Bu mənim oğlumdur, Məmmədov Rəşad Zəkəriyyə oğlu. Suriyada cihad eləyir. Allah üçün, müsəlmanları müdafiə üçün cihad edir".
Qeyd edilənlər bir daha döyüş üçün Suriyaya üz tutan azərbaycanlıların olduğunu və onların sırasına vəhhabi təriqətindən olan yeni şəxslərin qoşula biləcəyini istisna etmir. Təbii ki, bütün bunlar təhlükəli amillərdir və gəncləri bu istiqamətdə zərərli təbliğatla yolundan döndərənlərə qarşı aparılan mübarizənin daha sərt xaratkter almasını şərtləndirir. İndilikdə olanlar yeniyetmə və gənclərin müəyyən təsirlər altına düşərək zərərli yola düşməsinin real göstəricisidir. Belə təsir yaradan qrupların əsas mərkəzi isə Şimali Qafqazda, o cümlədən qonşu Dağıstanda yerləşir. Onlar sırasında "Qafqaz əmirliyi"nin adı daha çox qeyd edilir. Düzdür, onlardan gələn təhlükənin önlənməsi üçün Azərbaycanda kifayət qədər səmərəli tədbirlər görülür. Lakin istənilən halda zərərli təsirin altına düşənlər tapılır. Əslində, analoji problem hətta Avropa ölkələrində belə özünü göstərir. Bu səbəbdən sözügedən problemə qarşı birgə mübarizənin aparılması da zəruri şərtə çevrilir.