Əlaqə Arxiv
news Image
2013.07.25
17:04
| A A A
Vüqar Səfərli: “Jurnalistlər üçün inşa olunmuş binadan Sona xanım Vəliyevaya mənzil verilməsi barədə məlumatların heç bir əsası yoxdur və tamamilə yalandır"

Jurnalistlər üçün inşa edilmiş və açılışına ölkə Prezidenti cənab İlham Əliyevin də qatıldığı 156 mənzilli  binadan 155-i media nümayəndələrinə təqdim olundu. 1 mənzilin saxlanılması isə media və sosial şəbəkələrdə bəzi yanlış məlumatların yayılması ilə müşahidə olunur. Məsələn, belə məlumatlar səslənir ki, 156-cı mənzilin sahibinin adı Mətbuat Şurasına məlumdur. Və bu şəxs "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevadır. Movqe.az məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb. Fondun icraçı direktoru məlumatı qəti şəkildə təkzib edib: "Tamamilə yanlış və heç bir əsası olmayan məlumatdır. İyulun 22-də Səbail rayonun Bibiheybət qəsəbəsində media nümayəndələri üçün inşa edilmiş mənzillər jurnalistlərin gözü qarşısında şəffaf şəkildə bölüşdürüldü. Püşkatma yolu ilə hansı jurnalistin hansı mənzilə sahib olması müəyyənləşdi. Kimin hansı mənzilə sahib olmasına dair müvafiq siyahı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saytında yerləşdirildi və bir çox aparıcı kütləvi informasiya vasitələrində də yayımlandı. Bir daha xatırladım ki, istifadəyə tam hazır olan binada 156 mənzil var. Onlardan 155-i qeyd olunduğu kimi, media nümayəndələrinin iştirakı ilə sahiblərinə təqdim olundu. Yerdə qalan bir mənzil isə Prezidentin ehtiyat fonduna daxil edilib və heç kimə  təqdim olunmayıb. Həmin mənzilin kimə və nə vaxt veriləcəyini cənab Prezident özü müəyyən edəcək. Bir daha təkrar edirəm ki, bu mənzilin sahibi yoxdur və o, heç kimə verilməyib. Jurnalistlər üçün inşa olunmuş binadan Sona xanım Vəliyevaya mənzil verilməsi barədə məlumatların heç bir əsası  yoxdur və tamamilə yalandır ".


Sizin Reklam Yeriniz