Əlaqə Arxiv
news Image
2013.08.01
08:54
| A A A
Moskva fəaliyyətini Bakı ilə koordinasiya etmək istəyir
Aviqdor Eşkin: «Moskvada yaxşı başa düşürlər ki, Azərbaycan bütün Qafqaz regionunun mübahisəsiz liderinə çevrilib»

Bir neçə gündən sonra Rusiya prezidenti Vladimir Putinin Azərbaycanareallaşacaq səfəri beynəlxalq ekspertlərin də xüsusi diqqət mərkəzindədir. Məsələni şəhr edən İsrail politoloqu Aviqdor Eşkin bildirir ki, son illərdə Azərbaycan iqtisadi və hərbi cəhətdən xeyli möhkəmlənib:

"Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın nəticəsidir. Moskvada yaxşı başa düşürlər ki, Azərbaycan bütün Qafqaz regionunun mübahisəsiz liderinə çevrilib. İqtisadi təsirin ardınca isə siyasi təsir gəlir. Bakı bu gün regionda hadisələrin inikşafına ton verir, vacib sabitləşdirici rol oynayır. Rusiya rəhbərinin Azərbaycana səfərinə Bakının lider rolunun, İlham Əliyevin xidmətlərinin qəbul olunmasının etirafı kimi baxmaq lazımdır. Putin və onun administarsiyası Azərbaycanın son nailiyyətlərini layiqincə qiymətləndirir. Bu, təkcə siyasətə yox, iqtisadiyyata da aiddir. Azərbaycan sabit dövlət olmasına görə seçilir. Buna onun uzaqgörən siyasət aparan lideri nail olub".

Bu şəraitdə ekspert hesab edir ki, Moskva artıq Bakı ilə fəaliyyətini koordinasiya etmək istəyir. Çünki, bunsuz Qafqazda duruş gətirmək mümkün deyil. Qafqazda söz sahibinə isə məhz Azərbaycan çevrilir. Xaricdə ruslar institutunun eksperti Vitali Juravlyov da qeyd edir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər son 10-15 ildə konstruktiv dialoq rejimindədir: "Vladimir Putin və İlham Əliyevin münasibətlərində müəyyən şəxsi potensial mövcuddur ki, bu da çox vacibdir. İlham Əliyev Rusiyada atası Heydər Əliyevin siyasi kursunun davamçısı kimi çox böyük hörmətlə qarşılanır.

Cənubi Qafqazda, bilavasitə isə Mərkəzi Asiyada ümumi vəziyyətin stabilliyi Azərbaycandakı siyasi sabitlikdən çox asılıdır. Odur ki, Vladimir Putinin prezident seçkisi öncəsi Bakıya səfərinə onun İlham Əliyevə dəstəyi kimi baxmaq olar".

Bununl ayanaşı, son illərdə tərəflər arasında iqtisadi münasibətlərin dərinləşməsi də onları biri-birinə daha sıx bağlayır. Məlumdur ki, Rusiya Azərbaycan iqtisadiyyatına son illər 468 milyon dollar sərmayə yatırıb.Son 10 ildə Azərbaycan Rusiya iqtisadiyyatına 563 mln. dollar investisiya qoyub. Hazırda Azərbaycanda Rusiya kapitallı 479 şirkət fəaliyyət göstərir.

Ötən müddət göstərir ki, Azərbaycan şirkətlərinin Rusiya bazarlarında fəaliyyəti aktivləşib. Azərbaycanlı investorlar Rusiya bazarlarında iştiraklarını aktivləşdiriblər. Bu istiqamətdə ilk pilot layihə olaraq Krasnodar vilayətində "Azersun Holding"in Çay fabrikini, sonra da Konserv zavodu açıldı. Distribüter şəbəkəsi vasitəsilə bu holdinqin məhsulları Şimali Qafqazın müxtəlif şəhərlərində, o cümlədən Mahaçqalada, Dərbənddə, Nalçikdə satılır. Bu şirkət həmçinin Dərbənd şəhərində də məktəblərin, xəstəxanaların, yaşayış evlərinin və digər obyektlərin tikintisində yaxından iştirak edir. "Karvan L" şirkəti dam örtükləri istehsalı zavodunun layihələndirilməsi və onun avadanlıqlarla təchiz olunmasında iştirak edir. Bununla yanaşı, şirkət Dağıstanın tikinti sektorunda fəaliyyətini genişləndirməyi planlaşdırır.

Azərbaycanın "Mətanət A" şirkətinin Krasnodar vilayəti ilə üzlük bəzək materiallarının tikintisi üzrə 5 zavoddan ibarət komleksin tikintisi barədə razılığa gəlməsi bunu sübut edir. Bu layihənin dəyəri 30 milyon avro təşkil edir. Bundan başqa, ötən ilin sentyabrinda bu şirkət Qaraçay -Çərkəz hökuməti ilə respublika ərazisində gips yataqlarının işlənməsinə dair saziş imzalayıb. Azərbaycanın bəzi şirkətləri ticarət sahəsində Şimali Qafqazdakı tərəfdaşları ilə fəal əməkdaşlıq edir. Məsələn, BASF şirkəti Dağıstana kimyəvi məhsullar, Bismak şirkəti un məmulatları, Elba şirkəti isə regiona ət məhsulları ixrac edir.

Ümumiyyətlə, son illər Azərbaycanın RF subyektləri ilə əməkdaşlığı aktivləşib. Təkcə ötən il Dağıstan, Tatarıstan, Kurqan vilayəti, Çeçenistan, Qaraçay-Çərkəzdən Azərbaycana nümayəndə heyətləri gəlib. Sərhədyanı əməkdaşlığa, Azərbaycanın Şimali Qafqaz federal dairəsi ilə əməkdaşlığına xüsusi diqqət ayrılır. Bununla yanaşı, Azərbaycan investisiyalarının cəlb edilməsinə Rusiyada böyük üstünlük verilir. Hazırda ölkəmiz Rusiyanın 71 regionu ilə əməkdaşlıq edir. Bütün bunlar həm də Azərbaycanın Rusiyaya təsir imkanlarını artırır.

Sizin Reklam Yeriniz