İki uşaq atası torpaq uçqunun altında qaldı
Bu gün təxminən saat 16:00 radələrində Şəki şəhərində bədbəxt
hadisə baş verib. Şəki şəhərində fərdi yaşayış evlərinin birində
kanalizasiya quyusu qazan Qudula kənd sakini Asif Məmmədov torpaq
uçqununun altında qalıb. ANS PRESS-in bölgə müxbirinin hadisə
yerindən verdiyi məlumata görə, 2 saata yaxındır xilasedicilər
torpağın altından 2 uşaq atası olan 27 yaşlı Asif Məmmədovu
çıxarmağa çalışırlar. Onun sağ olma ehtimalı yoxdur.