Əlaqə Arxiv
news Image
2012.05.14
23:08
| A A A
Rusiyalı nənələr Azərbaycan dilində mahnı ifa edəcək

Mövqe.az xəbər verir ki, Bakıda keçiriləcək 57 – ci "Avroviziya Mahnı Müsabiqəsi" ndə Rusiyanı təmsil edəcək "Buranovskie Babuşki" qrupunun "Crystal Hall" səhnəsində "Party for everybody" mahnısının televiziya yayımı üçün bu gün ilk məşqi olub. Məşqdən sonra nənələr jurnalistlərlə görüşüblər. Onlar doğma Buranovo kəndində kilsə tikdirmək arzularının da olduqlarını bildiriblər.

Təmsilçilər həmçinin Bakının onlara doğma təsir bağışladığını, Azərbaycanı doğma evləri hesab etdiklərini deyiblər. Nənələr növbəti mətbuat konfranslarının birində Azərbaycan dilində mahnı ifa edəcəklərini söyləyiblər.

Sizin Reklam Yeriniz