Əlaqə Arxiv
news Image
2013.08.16
08:57
| A A A
Bazarlarda hələ də sanitariya sarıdan problemlər davam edir
Onların ixtisaslaşmış iri marketlərlə əvəz olunması isə bu problemə son qoya bilər

Son günlərin əsas müzakiər mövzularından biri bazarların ləğvi və onların ixtisaslaşmış iri marketlərlə əvəz olunması ilə bağlıdır. Bəzi parametrlər üzrə ekspertlər bunu məqbul hal sayırlar. Xatırladaq ki, məlumatlara görə, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarlarının iş prinsipi dəyişəcək.

Onların əvəzində ixtisaslaşmış iri marketlərin yaradılması nəzərdə tutulur. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

O da vurğulanır ki, istehlakçıların kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində bu yeni mərhələyə keçmək üçün ilk növbədə yerlərdə tədarük satış mənətəqələri yaradılmalıdır.

Bazarların ləğvi əleyhiən çıxanlar, əksinə, bu addımı təqdir edənlər də var. Xüsusən də hələ də bəzi bazarlarda antisanitariya şəraitinin hökm sürməsi fonunda onların ləğvini vacib sayanların sayı elə də az deyil.

Xüsusən də dəyişən, gözəlləşən paytaxtımızda səliqə-səhmana ehtiyacı olan məkanlardan biri də bazarlardır. Bir sıra bazarlara üz tutanda aydın görmək olar ki, burada çox vaxtı zibili yerə atırlar, kələm qabığı iy verir. Amma səliqə-səhman bir yana, bazara girdin nəyin harda satıldığını müəyyənləşdirmək üçün hələ bir müddət müşahidə aparmaq lazımdır. Çünki, təmizliyə nəzarətin zəif oldugu bazarlarda məhsulu kim harda istədi satır.

Hələ nəzərə alsaq ki, əksər bazarların üstü açıqdır, onda burda satılan məhsulların qış və yaydakı vəziyyətini təsəvvur etmək elə də çətin deyil. Amma bazar rəhbərləri deyilənlərlə razılaşmır və qeyd olunur ki, vəziyyət yaxşılığa doğru dəyişməkdədir. hazırda istehlakçilarin rahatlığı üçün bazarların bütün texniki avadanlıqlarla təchiz olunması və tez xarab olan məhsulları qorumaq üçün xüsusi soyuducu qurğularla təmin edilməsi olduqca vacibdir. Lakin hər bazarda buna rast gəlmək mümkün deyil.

Ekspertlərə görə, bazar elə bir ticarət obyektidir ki, girişlə çıxış arasında heç bir əlaqə olmamalıdır. Bazarın girişindən daxil olan məhsullar həkim nəzarətindən keçirilməli və daha sonra satışa verilməlidir. Eyni zamanda bazarın çıxışından içəri məhsul daxil olmasına imkan verilməməlidir. Girişdə müasir tələblərə cavab verən laboratoriya yaradılmalıdır. Həkim nəzarətindən keçməyən heç bir məhsul istehlakçıya təklif edilməməlidir. Digər tərəfdən, bazarın ticarət sahəsi ilə məhsul qəbulu sahəsi ayrı-ayrı olmalıdır. Bazara daxil olan məhsullar yoxlanıldıqdan sonra ticarət sahələrinə paylanılmalıdır. Ancaq bu gün fəaliyyət göstərən əksər bazarlarda bu tələblərə tam riayət edəninə rast gəlmək çətindir. Digər tərəfdən, bazarın giriş və çıxış qapıları bilinmir. İstənilən yerdən bazara mal daxil olur. Özü də maraqlıdır ki, sanitar - gigiyenik normalara heç bir cavab verməyən bu bazarlarda insanlar sağlamlıqlarını düşünmədən istifadə edirlər. Bazarlardakı bu acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün onların müasir tələblərə cavab verməsi lazımdır. Amma təssüf ki, bazarların sahiblərini sanitar-gigiyenik vəziyyət yox, daha çox gəlir əldə etmək maraqlandırır. Bütün bunlar fonunda bazarların ixtisaslaşmış marketlərlə əvəzlənməsi məqbul sayılır.

Hazırda paytaxt sakinlərinin istifadə etdiyi ən böyük bazarlardan biri də "8 km bazarı"dır, o, "Neftçilər" və "Xalqlar Dostluğu" metrostansiyaları arasında böyük bir ərazini əhatə edir. Bazarın qarşısı şəhərdə nəqliyyatın ən sıx olduğu yerdir desək, yanılmarıq. Burada fasiləsiz olaraq tıxaclar yaranır və sərnişin avtobuslarının çoxluğundan dayanmağa yer tapmamaları təəccüb doğurur. "8 km bazarı" kompleksinin bir hissəsi kənd təsərrüfatı malları satılan sektor, digər hissəsi paltar və gündəlik tələbat malları bazarı, başqa bir hissəsi isə məişət əşyaları, tikinti və təmir ləvazimatları, elektrotexnika malları satılan yerdir. Qeyd edək ki, "8 km bazarı"Bakıda kənd təsərrüfatı məhsullarının ən ucuz qiymətə satıldığı yerdir. Lakin burada antisanitariya normalarına tam riayət olunduğunu söylməək mükün deyil. Eyni sözləri "Yaşıl bazar" barəsində də söylmək olar. Ümumiyyətlə, bu qəbildən olan bazarların sayını artırmaq mümkündür. Elə bu səbbədən bazarlarda yaşanan, xüsusən də özünü yay aylarında qabarıq büruzə verən antisanitriyaya onların yerində ixtisaslaşmış iri marketlərlə son qoymaq olar.

Sizin Reklam Yeriniz