Əlaqə Arxiv
news Image
2013.09.21
08:09
| A A A
Qarabağda daha bir müharibə anonsu verildi
“Nezavisimaya qazeta” diqqəti yenidən Rusiyadan alınan silahlara yönəltdi

Ərazilərinin bir hissəsi hələ də işğal altında saxlanan Azərbaycanın Rusiyadan aldığı hərbi texnika ilə bağlı şimal qonşumuzun mediasında dərc olunan yazıların sayı son dövrlərdə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu mövzuya da yenidən toxunan "Nezavisimaya qazeta" yazır ki, son illərdə Azərbaycan Rusiyadan hərbi texnika idxalına görə lider olan ölkələr sırasına düşüb. Müəllif Aleksandr Xramçixin qeyd edir ki, hər şey 2006-cı ildə 62 ədəd T-72 tankının satılması ilə başlandı.

2009-cu ildən isə sırf Azərbaycan üçün nəzərdə tutulan yeni silahların bu ölkəyə çatdırılması prosesinə start verildi: "Bu silahlar arasında (onların bəziləri hələ də çatdırılmayıb) 94 ədəd T-90S tankı, 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 24 ədəd BTR-80A zirehli transpartyoru, 18 ədəd "Msta-S" özüyeriyən artilleriya qurğusu, 18 ədəd "Smerç" reaktiv atəş sistemi, 6 ədəd TOS-1A "Solnçepek" ağır minaatan kompleksləri, 2 ədəd ZRS S-300P divizionu, 24 ədəd Mi-35M zərbə vertolyotu, 60 ədəd çoxməqsədli Mi-17 vertolyotları var. B usilahlar isə hərbi təlim və ya parad üçün yox, müharibə üçün alınıb. Bü mühariəbəd Azərbaycanın rəqibi isə Ermənistan olacaq. Dağlıq Qarabağ üçün müharibənin yenidən başlanması tamamilə qaçılmazdır. Bir halda ki, tanınmamış respublika heç vaxt və hansısa formada könüllü şəkildə Azərbaycan tərkibinə qayıtmayacaq. Azərbaycan da indiki vəziyyətə əbədi dözməyəcək. Məhz bu səbəbdən Bakı bütün dünyadan çoxsaylı hərbi texnika alır, öz istehsalını genişləndirir".

"Nezavisimaya qazeta" xatırladır ki, əvvəllər Azərbaycanın silah təchizatçısı Ukrayna olub. Qeyd olunur ki, Bakı ümumilikdə bu dövlətdən 200 tank, 150-dən çox PDM, 300-ə qədər artilleriya sistemi, 16 ədəd Miq-29 tqırıcı təyyarələri, 12 ədəd Mi-24 hücum vertolyotu alıb. Lakin daha müasir silahlar üçün "Nezavisimaya gazeta" Azərbaycanın Rusiyaya üz tutduğunu yazır. Qeyd olunur ki, Azərbaycanın Rusiyanı seçməsi sevindirici olsa da, bir nüans fərqli situasiya yaradır. Bu nüans isə Azərbaycanın müharibəyə hazırlaşdığı Ermənistanın Rusiyanın hərbi-strateji müttəfiqi, həmçinin KTM-nin üzvü olmasıdır. Qəzet yazı ki, bir sıra silah satarkən həmin ölkələrin münaqişə tərəfləri olub-olmamasına fikir vermir və hər iki tərəfə silah satır. Bir sözlə, burada pul əsas götürülür. Bu model məhz Çin modelidir. Çin kim istəyir ona da silah satır. Məsələn, Çin 1980-1988-ci illərdə bir-biri ilə müharibə edən İrana və İraqa silah satıb. "Nezavisimaya qazeta" Pekinin eyni münasibəti Azərbaycan və Ermənistana da göstərdiyini qeyd edir: "Pekin Ermənistana "RSZO WM-80" sistemlərini satıb və Azərbaycanla "JF-17" qırıcılarının satışı ilə bağlı danışıqlar aparır. Çin həmişə pul qazanıb, təsir dairəsinə iddia etməyib. Ukrayna da Çin modeli ilə hərəkət edir. Kiyev də sifariş aldığı hər kəsə silah satır. Məsələn, Ukrayna müharibə vəziyyətində olan Sudan və Cənubi Sudana silah satıb.

İkinci model isə ABŞ modelidir. ABŞ silahı təsir dairəsinə görə satır. Xüsusi halda, ən əhəmiyyətli müttəfiqlərinin maraqlarını qorumağa çalışır. Məsələn, Misirə silahlar İsraillə sülh müqaviləsinin başlanmasından sonra satılmağa başlandı. Əgər Amerikanın iki müttəfiqi vuruşmağa başlayarsa, Vaşinqton hər ikisinə kömək etməyəcək və birini seçəcək. Məsələn, 1982-ci ildəki Folklend müharibəsi zamanı Böyük Britaniyanın xeyrinə seçim etmişdi. SSRİ ABŞ modelinə tərəfdar idi. Silahı daha çox təsir dairəsinə görə satırdı. Moskva 1977-ci ildə Somali ilə vuruşan Efiopiyanın xeyrinə seçim etdi. Təbii ki, bu seçimin nə qədər düzgün olub-olmadığını müzakirə etmək tamamilə mənasızdır, çünki bu "düzgünlüyün" anlaşılan meyarı yoxdur". Qəzet Rusiyanın da Çin modeli ilə getməli olduğunu bildirir. Çünki Moskvanın mütəffiqləri çox tezliklə onun davranışına dair illüziyaları itirir: "Həmişəki kimi isə bizim iki müttəfiqimiz qalır - ordu və donanma".

Sizin Reklam Yeriniz