Məzahir Rüstəmov: "Bütün yolları Nəqliyyat Nazirliyinin balansına vermək lazımdır"
Son illərdə Azərbaycanda müasir tələblərə cavab verən yolların çəkilşində böyük irəliləyişlər qeydə alınmaqdadır. Xüsusən də magistral yollar bu baxımdan ayrıca diqqət cəlb edir. Lakin bel ədemək mümkünsə, gözdən uzaq sayılan digər bir sıra yollar barədə bunları demək hələ də mümkün deyil. Xüsusən də Bakı ətrafı qəsəbələrin bəzilərində daxili yollar hələ də bərbad gündədir. Bununla bağlı kifayət qədər misallar da gətirmək mmükündür. Sadəcə, burada diqqət çəkən ümumi fakt odur ki, əsas etibarı ilə bələdiyyələin və icra hakimiyyətlərinin nəzdində olan müəyyən belə yollarda problemlərərats gəlinir. Bir az dayağış yağan kimi problem daha çox qabarır. Bu səbəbdən belə təkliflər səslənir ki, bütün yollar bir qurumun, məsələn, elə nəqliyyat Nazirliiynin balansına verilsin.
Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Natiq Ələkbərov qeyd edir: "Yol kimin balansındadırsa, o da onun abadlığına məsuliyyət daşıyır. Bu mənda icra hakimiyyətləri və bələdiyyələr öz balanslarna düşən yollara nəzarət etməli, onları abadlaşdırılması istiqamətində addımlar atmalıdırlar. Bir zamanlar gündəmdə oldu ki, bələdiyyə və icra hakimiyyətlərinin nəzdində olan yollar da Nəqliyyat Nazirliyinə tabe olsun. Ancaq sonradan bu təkliflər elə təklif olaraq da qaldı. Hazırda müəyyən ərazilərdə problemli yollar var. Bələdiyyənin balansında olan yollarla bələdiyyə nümayəndələri, icra hakimiyyətinin balansında olan yollarla icra nümayəndələri, Nəqliyyat Nazirliyinin balansında olan yollarla isə bu qurum məşğul olur. Kimin balansına hansı yollar düşürsə, o səpkidə də məsuliyyətlə işlər aparılmalıdır".
Nəqliyyat üzrə digər ekspert Məzahir Rüstəmov qeyd edir: "Bütün yolları Nəqliyyat Nazirliyinin balansına vermək lazımdır. O zaman hər şey yaxşı olacaq".